Xocavənd rayonunda mina partlayışı olub. Anmedia.az xəbər verir ki, Daxil İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb. Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilişində fəhlə işləyən Rasif Kərimzadə meşəlik əraziyə keçərək piyada əleyhinə minaya düşüb: "Partlayış nəticəsində Rasif Ardı
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Asos bölgəsində keçirdiyi hava əməliyyatı nəticəsində PKK-nın 23 terrorçusu zərərsizləşdirib. Anmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava əməliyyatı İraqın şimalının 140 km dərinliyində baş tutub. Məlumata görə, zərərsizləşdirilən terrorçuların sayının Ardı
Azərbaycanın daha bir yeniyetmə boksçusu İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa birinciliyində Ermənistan təmsilçisinə qalib gəlib. Federasiyadan Anmedia.az-a verilən məlumata görə, 54 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşurəliyev 1/4 final mərhələsində Artur Avetikyanı 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edib. Boksçu Ardı
Bu gün “Marina Bay Circuit” avtodromu Sinqapur Qran Prisinin təsnifat mərhələsinə ev sahibliyi edib. “Ferrari” pilotu Çarlz Lekler ən sürətli dövrəni vuraraq Formula 1 Dünya Çempionatının on yeddinci mərhələsinə qələbə ilə başlayıb. O, sabahki əsas yarışda ilk mövqedən start göterəcək. Onun arxasında “Red Bull” pilotu Serxio Peres qərarlaşıb. İlk üçlüyü isə birinci Ardı
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə "ağ-qaralar"ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Ardı
2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib. Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Axar.az-a istinadən xəbər verir. Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət Ardı
Avropanın qış üçün kifayət qədər qazı olacaq. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bildirib. “Azərbaycan kimi etibarlı tədarükçülər və digər dostlarımız bu kritik anda bizə kömək etdilər”, - deyə o qeyd edib. Ardı
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Axar.az-a istinadən xəbər verir. Bildirilir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Bu işlər Ardı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə TƏBİB-in rəsmi Feysbuk səhifəsində məlumat yayılıb. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.