Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin "Yurqorden" komandasında ilk oyununa çıxıb. ANmedia.az xəbər verir ki, gənc forvard İsveç Allsvenskanının XVI turunda “Elfsborq”a qarşı oyunda debüt edib. O, 58-ci dəqiqədə Coel Asoronu əvəzləyib. Hazırda matçda üstünlük rəqib klubdadır, “Yurqorden” 0:4 hesabı ilə məğlub durumdadır. Qeyd edək ki, Musa Qurbanlı Ardı
Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib. ANmedia.az xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilib. Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin Ardı
Şəkidə Azərbaycan Milli Mətbuatının yaranmasının 148-ci ili münasibətilə “Mətbuat Cəmiyyətin Güzgüsüdür” mövzusunda tədbir keçirilib. ANmedia.az xəbər verir ki, tədbir Şəki Şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirin layihə rəhbəri və aparıcısı Elvin Nüsrətoğlu mətbuat işçilərini təbrik edib və bu sahəyə ilk gəldiyi illərdən bəhs edib. Ardı
Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq üçün immiqrasiya siyasətini dəyişəcək. ANmedia.az yerli mətbuatın məlumatına istinadən xəbər verir ki, bundan sonra Türkiyə sığınacaq axtaranların vətəndaşlıq alması məsələsində daha diqqətli olacaq. Çünki bəziləri Türkiyə vətəndaşlığını alıb Avropaya gedirlər. Bu səbəbdən sığınacaq axtaran şəxslərə, xüsusilə də, Ardı
Şuşada keçirilən Qlobal Media Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə üç xarici informasiya agentliyi - Bolqarıstanın BTA, Filippinin PNA, Albaniyanın ATA informasiya agentlikləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb. ANmedia.az xəbər verir ki, sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ATA-nın baş direktoru Ardı
Bu ilin altı ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib. ANmedia.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23%) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8%) çoxdur. Ardı
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 148 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub, cəmi 56 nömrəsi Ardı
Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ANmedia.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. ANmedia.az xəbər verir ki, məktubda deyilir: “Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm”. Ardı
Azərbaycan jurnalistikasına ağır itki üz verib. ANmedia.az xəbər verir ki, tanınmış aparıcı Natəvan Babayeva 46 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı onun yaxınları yayıb. Qeyd edək ki, Natəvan Babayeva uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.