Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Stefano Pontekorvonu qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb. Ardı
Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. ANmedia.az Xarici İşlər Nazirliyindən verilən xəbərə istinadən bildirir ki, görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq Ardı
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HIK klubuna qarşı keçirəcəyi ilk oyunun başlama saatı və məkanı məlum olub. ANmedia.az UEFA-nın saytının yaydığı məlumata istinadən bildirir ki, matç avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu bir həftə Ardı
Məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir. ANmedia.az xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib. “Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər”, - deyə nazirlikdən qeyd edilib. Qeyd edək ki, Nazirlər Kabinetinin Ardı
Azərbaycan ərazisində avqustun 4-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə Ardı
Türkiyənin Malatya və Muğla vilayətlərində zəlzələ baş verib. ANmedia.az xəbər verir ki, Malatya vilayətində 4,3 bal gücündə olan zəlzələ yerli vaxtla 07:56-da (Bakı vaxtı ilə 08:56 - red.) olub. Zəlzələnin dərinliyi 7,04 kilometr olaraq ölçülüb. Muğlanın Datça rayonu sahillərindəki zəlzələ isə 4,3 bal gücündə olub. Zəlzələ saat 05:18-də (Bakı vaxtı ilə 06:18 - red.) Ardı
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup ABŞ-li jurnalisti və media eksperti ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub. ANmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri Ardı
2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda hərbi qulluqçuların fərdi hazırlığının yoxlanılması məqsədilə tədbirlər keçirilir. ANmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müxtəlif təlim mərkəzlərində şəxsi heyətin ümumqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra Ardı
Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək. ANmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının Gənclər Fondunun Ardı
Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə Şuşa adı verilib. İğdırdakı Heydər Əliyev adına Fənn Liseyinin qarşısında yerləşən bu uşaq bağçasına Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin adının verilməsi təklifini diaspor fəalı, “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.