Dünya Bankı Şurası Ukraynaya yardım üçün 723 milyon ABŞ dollarından istifadəni təsdiqləyib. Anmedia.az Qərb mediasına istinadən xəbər verir ki, məlumata görə, artıq 489 milyon dollarlıq yardım paketi təsdiq edilib. Bu yardımın 350 milyon dolları kredit, 139 milyon dolları isə zəmanət kimi təqdim olunacaq. Həmçinin 134 milyon dollar qrant və 100 milyon dollar paralel Ardı
Dünən gecə Ukraynanın Nikolayev şəhəri güclü raket zərbələrinə məruz qalıb. Bu səbəbdən bu gün bir qrup azərbaycanlı buradan Odessaya təxliyə edilib” Anmedia.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov deyib: “Təxliyə edilən 40 nəfər azərbaycanlı Odessadan Moldova sərhədinə göndəriləcəklər. Ardı
“Ukrayna xalqının Rusiya işğalına qarşı qəhrəmancasına müqavimətinin yeddinci günü davam edir”. Anmedia.az xəbər verir ki, bu barədə açıqlama Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yer alıb. “Ciddi sayda canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən Kiyevə hücumu davam etdirir. İşğalçıların qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alındı. Ardı
Rusiyanın TASS agentliyinin Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzvlüyü dondurulub. Anmedia.az “Figaro”ya istinadla xəbərinə görə, bu qərarı Alyansın rəhbərliyi təcili qaydada qəbul edib. Qərarda göstərilir ki, rəhbərlik yaxın vaxtlarda agentliyin alyansdan xaric edilməsi məsələsinə baxacaq. Ardı
Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır. Anmedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında bildirib. “Biz Ukraynaya dəstəyimizi gücləndiririk. Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı Ardı
"Biz Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməyi razılaşdırdıq". Anmedia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbukdakı hesabında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə söhbətin nəticəsinə dair yazıb. Onun sözlərinə görə, Ardı
“Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”. Anmedia.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir. "Əgər ərazilərinizdən təcavüzkar hərəkətlər olmasaydı, Minskdə, sizin Ardı
“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”. Anmedi.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski özünün Tvitter hesabında yazıb. “Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, Ardı
Rusiyanın Kazan şəhərində keçirilməli olan cüdo üzrə Böyük Dəbilqə ləğv olunub. Anmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası (IJF) xəbər yayıb. Buna səbəb kimi Rusiya və Ukrayna arasındakı müharibə göstərilib. Qeyd edək ki, turnir 20 - 22 mayda baş tutmalı idi. Ardı
“Gecə guya mənim silahı yerə qoymaq çağırışlarım barədə xeyli məlumat yayılıb. Demək belə: mən buradayam, heç bir silahı da yerə qoymayacağıq”. Anmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində video çəkərək söyləyib. “Biz ordumuza və ölkəmizə inanırıq. Biz onu müdafiə edəcəyik! Yaşasın Ukrayna!”, - dövlət başçısı vurğulayıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.