Bakıda və Abşeron yarımadasında noyabrın 9-da cənub küləyinin 15-20 m/s, səhər və gündüz arabir 23-28 m/s, 10-da isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında Ardı
“Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik”. ANmedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti Ardı
Türkiyənin Bursa şəhərində 13-cü Bursa Beynəlxalq Fotoqraf Festivalı (BursaFotoFest) keçirilib. Festivala Türkiyədən və dünyanın hər yerindən usta fotoqraflar dəvət olunub. Festivalda Azərbaycandan, Şimali Kipr Türk Respublikasından, Bosniya-Hersoqovinadan, Kosovodan, Macarıstandan və ölkənin hər bir coğrafiyasından fotoqraflar öz əsərləri ilə qonaq olub. Ardı
Xankəndi şəhərində keçirilən Zəfər paradına müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edib. ANmedia.az bildirir ki, əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun Ardı
Ölkə ərazisində noyabrın 9-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər isə bəzi şəhərətrafı ərazilərdə Ardı
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını və ordusunu təbrik edib. ANmedia.az bildirir ki, təbrik mətni nazirliyin “X” hesabında paylaşılıb. “Qardaş Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Qəhrəman Azərbaycan xalqını və ordusunu 8 Noyabr - Zəfər Gününü münasibətilə təbrik edir, bütün Ardı
Zəngilan rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilib. ANmedia.az bildirir ki, yürüş rayonun Ağalı kəndi ərazisində baş tutub. Qeyd edək ki, yürüşdən əvvəl Zəngilan Şəhidlər xiyabanı ziyarət edilərək Vətənimizin azadlığı uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatırladaq ki, Zəngilan Ardı
Azərbaycanda 8 Noyabr - Şuşa Şəhəri Günüdür. ANmedia.az xatırladır ki, 2023-cü il iyulun 31-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd Ardı
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib. “Milli qürurumuzun təntənəsinə çevrilən Zəfər Günü münasibətilə hər kəsi təbrik edirəm! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”, - deyə Mehriban Əliyeva paylaşımında bildirib. ANmedia.az Ardı
Bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günüdür. ANmedia.az xatırladır ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.