Yolda sürət həddini aşmağa görə cərimələr artırılıb. ANmedia.az xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət Ardı
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. Bakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb. Açılış mərasimi çərçivəsində ölkəmizdə Azərbaycan Ardı
“İşinin peşəkarı olan kifayət qədər həkim və tibb işçilərimiz var”. ANmedia.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün media nümayəndələri üçün təşkil edilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, savadlı kadrların ölkə daxilində tanındığı kimi, ölkə xaricində də tanınmasına çalışırlar: “Məqsədimiz ölkəmizin həkimlərini tanıtmaqdır. Ardı
Azərbaycanın daha bir para-atleti 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Orxan Aslanov Parisdəki dünya çempionatında uzunluğa tullanma növündəki nəticəsi ilə buna nail olub. O, (T13 kateqoriyasında) 6,95 metr nəticə göstərərək 4-cü yerə sahib çıxıb. Qeyd edək ki, turnirdə ilk 4 yeri tutanlar XVII Yay Paralimpiya Ardı
Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2028-ci ilədək vergidən azad edilir. ANmedia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın Ardı
İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. ANmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tələbələrin ölkə daxilində və xaricində yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə Ardı
Azərbaycan ərazisində iyulun 18-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. ANmedia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və Ardı
“Uzunmüddətli meteoroloji müşahidələrin təhlilinə əsasən, əvvəlki illərdə də iyul ayında Bakıda yağıntılı hava müşahidə olunub". ANmedia.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, 2012-ci ilin iyul ayının 16-da Bakıya güclü leysan yağıb: “Sutka Ardı
Ölkə Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 03 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.