Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib. Anmedia.az XİN-ə istinadən xəbər verir ki, Moldova Respublikası, Polşa Respublikası və Slovakiya Respublikasından sonra Macarıstan da, yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək. Sərhəd Ardı
Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub. Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Ardı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 512 yeni yoluxma faktı qeydə alınıb, 3 698 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 20 nəfər COVID-19-dan dünyasını dəyişib. Ardı
Azərbaycan Prezidenti İlham Əliyevlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında telefon danışığı olub. Anmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün tviter hesabında paylaşım edib: “Beynəlxalq tərəfdaşlarımızla danışıqlara davam edirəm. Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Təmin olunan humanitar yardım və dərman vasitələrini yüksək Ardı
Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar bu ölkədə daimi və ya müvəqqəti yaşayan və Azərbaycana təxliyə olunmaq istəyən soydaşlarımıza müraciət edib. Dövlət Komitəsindən Anmedia.az-a verilən məlumata görə, müraciətə əsasən Ukraynanın Polşa və Slovakiya ilə sərhədinə yaxın bölgələrdə yaşayan azərbaycanlılar təxliyə olunmaq üçün Ardı
Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçib. Diasporla İş üzrə Dövlət Komitəsindən Anmedia.az-a verilən məlumata görə, Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib. Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov onların qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Ardı
“Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir”. Anmedi.az xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski özünün Tvitter hesabında yazıb. “Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!”, Ardı
Xalq artısti Əlibaba Məmmədov dəfn olunub. Anmedia.az xəbər verir ki, Xalq artisti I Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları və sənət yoldaşları ilə yanaşı mədəniyyət nazir Anar Kərimov, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfn Ardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da tam ödənilib. Nazirlikdən Anmedia.az-a bildirilib ki, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Beləliklə, fevral Ardı
Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Anmedia.az xəbər verir ki, bu barədəDövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.