Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi Ardı
Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. ANmedia.az xəbər verir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral Ardı
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Ardı
Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Anmedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər. Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Ardı
“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq". Anmedia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib. Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da Ardı
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bir qrup diaspor nümayəndəsi Şuşaya səfər edib. ANmedia.az xəbər verir ki, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində beşinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 130 diaspor nümayəndəsi iştirak edir. Səfər zamanı diaspor nümayəndələri mədəniyyət paytaxtımızın baş meydanı Ardı
Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib. Bu barədə Anmedia.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir. Bu dəfə Füzulidə növbəti N saylı hərbi Ardı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan Anmedia.az-a verilən məlumata görə, iyulun 18-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 184, Ardı
Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb. Bu barədə Anmedia.az-a Xocavənd Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon Ardı
İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Anmedi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.