“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 3.4 milyon manatlıq müqavilə bağlayıb. ANmedia.az xəbər verir ki, müqavilədə Kəlbəcər rayonu, Qamışlı yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq kabel xətlərinin çəkilməsi və müxtəlif güclərdə KTM-lərin quraşdırılması işlərinin satın alınması nəzərdə tutulur. Ardı
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. ANmedia.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Ardı
Bu gün Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. ANmedia.az xəbər verir ki, 2020-ci ilin oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışda Azərbaycanın üçrəngli şanlı bayrağı qaldırılıb. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək Ardı
Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Axar.az-a istinadən xəbər verir. Bildirilir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir. Bu işlər Ardı
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə TƏBİB-in rəsmi Feysbuk səhifəsində məlumat yayılıb. Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi Ardı
“Ağdam, Cəbrayıl və Füzulidə su ehtiyatı ilə bağlı məsələ artıq layihələndirmə mərhələsindədir”. ANmedia.az Oxu.Az-ın məlumatın istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, növbəti il üçün Qarabağda görüləcək işlərlə bağlı əsas istiqamət əraziyə dəymiş ziyanın Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa otel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən Ardı
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən Ardı
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhərağa məscidini ziyarət edib, burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Bu il Qarabağda taxıl əkini sahəsi artırılaraq 70 min hektara çatdırılacaq. ANmedia.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov APA-ya verdiyi məlumata istinadən xəbər verir.O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl biçilib. 70 min hektar sahədə isə payızlıq taxıl əkini nəzərdə tutulub. "Ermənilər işğaldan Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.