 Dünya sivilizasiyasının beşiyi olan Misirdə heykəltəraşlıq sənətinin kökləri çox qədimdir. Məhz buna görə də Misir heykəltəraşlığının XX əsr nümunələri haqqında sözə başlamazdan öncə onun qədim tarixinə nəzər salmalıyıq. Çünki XX əsr heykəltəraşlıq sənəti keçmiş köklərini özünə təməl götürərək inkişafa başlamışdır. Beləliklə, hələ qədim şahlıq zamanından Misir fironlarının, allahlarının və dövlət üçün önəmli şəxslərin heykəlləri hazırlanırdı. Ümumiyyətlə, Misir heykəltəraşlığının yaradılmasının təməlində qədim misirlilərin dini görüşləri dururdu. Məhz axirət dünyasına inam ilk heykəllərin yaradılmasına stimul olur. Fironların dəfn olduğu pramida və sərdabələrdə belə heykəllər üçün xüsusi nişanları olan kameralar da mövcud olurdu.
Dünya sivilizasiyasının beşiyi olan Misirdə heykəltəraşlıq sənətinin kökləri çox qədimdir. Məhz buna görə də Misir heykəltəraşlığının XX əsr nümunələri haqqında sözə başlamazdan öncə onun qədim tarixinə nəzər salmalıyıq. Çünki XX əsr heykəltəraşlıq sənəti keçmiş köklərini özünə təməl götürərək inkişafa başlamışdır. Beləliklə, hələ qədim şahlıq zamanından Misir fironlarının, allahlarının və dövlət üçün önəmli şəxslərin heykəlləri hazırlanırdı. Ümumiyyətlə, Misir heykəltəraşlığının yaradılmasının təməlində qədim misirlilərin dini görüşləri dururdu. Məhz axirət dünyasına inam ilk heykəllərin yaradılmasına stimul olur. Fironların dəfn olduğu pramida və sərdabələrdə belə heykəllər üçün xüsusi nişanları olan kameralar da mövcud olurdu.Məzarların daxilində heykəllərin yerləşdirilməsi ölumdən sonra ruhun məskən salması üçün nəzərdə tutulurdu. Sözsüz ki, belə heykəllər ideal olmalı idi, xüsusən də firona məxsus olanlar. Çünki dünyasını dəyişmiş fironun ruhu-Ka məhz bu heykəldə özünə yeni bədən taparaq axirət həyatına başlayacaqdır. Qəbir abidələri olan sərdabə və pramidaların daxilindən firon və ailəsinə məxsus heykəllər ilə yanaşı həm də adi insanlara hətta qulluqçu obrazlarına aid heykəl qrupları da aşkar edilmişdir. Bu heykəllər rəngkarlıqda olduğu kimi müəyyən kanonlar əsasında düzəldilirdi. Firon və həyat yoldaşları çox zaman məbədlərin daxilində və ya girişində oturmuş vəziyyətdə təsvir edilirdilər. Onların övladları isə ayaqlarının yanında (heykəlin aşağı nahiyyəsində) canlandırılırdılar. Lakin bəzən isə Firon cütlüyü ayaq üstə canlandırılırdı. Bu zaman fironun ayağı bir qədər önə addım atırmış kimi təsvir edilirdi. Bu xüsusiyyət onu digər obrazlardan fərqləndirmək məqsədilə edilirdi. Belə heykəlləri aşağıdakı kimi iki yerə ayırmaq olar.
- Sol ayağı sağdan öndə olan ayaq üstə kişi fiqurları;
- Taxtda əyləşmiş insan fiqurları.
Heykəllərdə gözlərə xüsusi diqqət ayrılırdı. Gözlər elə təsvir edilirdi ki, ona baxan insanın baxış açısından asılı olmayaraq heykəl hər zaman ona baxırmış kimi təəssürat yaradırdı. Belə baxış bucağı hər zaman heyrətləndirici effekti yaradırdı. Heykəllərin iri gözləri həm də dini məna kəsb edirdi. Çünki qədim misirlilər inanırdılar ki, insanın ruhu onun gözlərindədir. Buna görə də bütün gözlər diqqət ilə rənglənirdi. (O zaman yaşayan bir misirli yaşlı və ya cavan olmasından asılı olmayaraq gündəlik həyatda da evdən bayıra çıxdıqda mütləq gözlərini qara sürmə ilə rəngləyərdi. Bunu etməyən insana hörmətlə yanaşılmırdı). Misir heykəltəraşlığında bədii baxımdan min illiklər boyu inkişaf keçdikdən sonra lotos gülü və papirus bitkisi kimi bəzi təmsilçi simvollardan istifadə edilirdi. Monumental heykəllər sırasında Sfinks heykəli və Memnon Kollassislərini qeyd etməliyik. Bu heykəllərin nəhəngliyi misir sivilizasiyasının incəsənətdəki əhəmiyyətinin göstəricisi idi. Qədim Misir heykəltəraşları öz əsərlərinin yaradılmasında Nil boyu asan tapılan materiallar idi. Buraya əhəng daşı, qum daşı, akasiya və çinar ağacı daxil idi. Lakin bəzən kiçik heykəllər bürünc və misdən də hazırlana bilirdi.
Beləliklə, qeyd etməliyəm ki, qədim Misir heykəltəraşları estetik cəhətdən gözəl və düzgün əsərlər yaradan xüsusi qabiliyyətə malik olan yüksək intizama malik insanlar idilər. Lakin çox təəssüf ki, o zamanlar heykəl üzərində imza qoymadıqlarına görə bizə heç bir misirli heykəltəraşın adları məlum deyil. Misir heykəltəraşlığının qədim dövrünə dair saysız hesabsız nümunələr saymaq olar. Lakin bizim üçün maraqlı olan bu heykəllərin XX əsr heykəltəraşlığına göstərdiyi təsirdir. Belə ki, öz kanonları çərçivəsindən kənara çıxmayan və monumental xüsusiyyətli görünüşə malik qədim Misir heykəlləri ötən əsrin ilk yarısında yaşayıb yaratmış misirli heykəltəraşlar üçün ilham mənbəyi olur. Bu baxımdan XX əsr Misir heykəltəraşlığının inkişafı haqqında danışarkən müqayisəli tərzdə tez-tez qədim zamanların heykəl nümunələrini də xatırlayacağıq.
Maraqlıdır, bəs görəsən bu qədər inkişaf etmiş, qədim tarixə malik olan Misir heykəltəraşlığı hansı səbəbdən uzun əsrlər boyu tənəzzül yaşayıb? Bunu aydınlaşdırmaq üçün qısa şəkildə tarixə nəzər salmaq lazımdır. Çünki bu və ya digər xalqın mədəniyyətini anlamaq üçün həmin sənət əsərlərinin yarandığı siyasi, iqtisadi və sosial mühit ilə yaxından tanış olmaq tələb olunur. Misir uzun əsrlər boyu müxtəlif dövlətlərin müstəmləkəsi olmuşdur. Əhəməni, Makedoniya, Roma və Ərəb imperiyalarının müstəmləkəsindən sonra Osmanlı sultanı I Sultan Səlim Misiri öz imperiyasının tərkibinə daxil edir. Sözsüz ki, islam dininin real insan təsvirinə qarşı olan müddəaları heykəltəraşlığın inkişafına mənfi təsir etmişdir. Daha əvvəlki işğallar isə Misir incəsənətinin unikallığına zərbə vurmuşdur.
Beləliklə, Misirin çoxəsrli Osmanlı əsarəti dövründə də heykəltəraşlıq kölgədə qalır. Misirin idarəsi üçün Osmanlılar Xədiv adlanan xüsusi titul müəyyən edirlər. 1867-ci ildən 1914-cü ilə kimi Misir Xədivlərin idarəsində olur. Lakin II Hilmi Abbas paşanın Birinci Dünya müharibəsində Osmanlı imperiyası istiqamətində cəbhə alması misirli elita tərəfindən müsbət qarşılanmır. Xədiv İstanbulda olarkən dövlət çevrilişi baş verir. Misirdə Xədivlik ləğv edilir və ölkə Böyük Britaniyanın protektoratlığına (himayə) keçir.
Hakimiyyətə II Hilmi Abbas paşanın əmisi Hüseyn Kamil gətirilir. O Misirin ilk sultanı olur. Lakin xarici siyasət baxımından müstəqilliyinə qovuşa bilməyən Misir Britaniya asılılığına qarşı da mübarizəyə başlayır. Beləliklə, Misirdəki intellektual elit cəmiyyət iki qrupa ayrılır. Bir qisim mövcud vəziyyətlə qane olur və sultanı dəstəkləyir bəziləri isə əksinə, hesab edirlər ki, ölkə təkcə Osmanlı müstəmləkəsindən deyil, Britaniya himayəsindən də imtina edərək həqiqi müstəqilliyini bərpa etməlidir. Məhz belə mürəkkəb bir zamanda Misir incəsənətində milli maraqları özündə əks etdirən mübarizə ruhlu və özündə oyanışı əks etdirən sənətkarlar yaradıcılıq fəaliyyəti ilə məşğul olur. XX əsr Misir incəsənətinin xüsusən də heykəltəraşlığın inkişafının hansı istiqamətdə baş verdiyini izləmək və təhlil etmək üçün sözsüz ki, keçmiş dövürlərin incəsənətinə işıq tutmaqla yanaşı, zamanın siyasi mühitinə də nəzər salmaq lazımdır. Bu oyanış həm siyasi həm də mədəni oyanış intibah (ən-nəxt) idi. Mədəni oyanışın təməlində isə qədim köklərə müraciət dururdu. Bu zamankı siyasi arenada isə yeni dünyagörüşünə sahib rəhbərlər formalaşır. Sultanın kiçik qardaşı Əhməd Fuad İtaliyada yaşamış və orduda xidmət etmişdir. Buna görə də o Avropanın modernist inkişafına yaxşı bələd idi. Məhz bu səbəbə görə də o, Misirin modernist ölkə olmasını arzulayırdı.
 Sultan Hüseynin vəfatından sonra oğlu taxta çıxmaqdan imtina etdiyi üçün sultan titulu Fuada qismət olur. Lakin taxta çıxdıqdan sonra da Fuad Britaniyaya qarşı mübarizəsini davam etdirir. 1918-ci ildə “Vəfd” siyasi partiyası formalaşır. İlk əvvəl partiyanın cəmi 7 üzvü olur. Partiyaya Saad  Zaqlul rəhbərlik edir. O, həmin dövürdə istiqlaliyyət mübarizəsinin veteranı hesab edilirdi. Çünki Saad Zaqlul həm də gəncliyində Osmanlı Xədivliyinə qarşı mübarizədə iştirak etmiş və dəfələrlə həbs olunmuşdur. Britaniyaya qarşı mübarizədə də siyasi xadim 1919-cı ildə həbs edilir. Bu hadisə Misirdə xalq kütləsinin bütün təbəqələrinin etiraz edərək küçələrdə aksiya keçirməsinə səbəb olur. “Vəfd” partiyası daha sonra öz mövcudluğunu Avropada davam etdirmək məcburiyyətində qalır. Bu zaman məşhur heykəltəraş Mahmud Muxtar Saad Zaqlulun bir neçə dəfə heykəlini düzəldir. Milli ruhun oyandığı zamanda Misir incəsənətində müasir istiqamətlər formalaşmağa başlayır. Təkcə heykəltəraşlar deyil, rəssamlar da Avropada təhsil aldıqdan sonra gördükləri yenilikləri, müasirliyi öz ölkələrinə də gətirirlər. Beləliklə, Misirin milli şüurunun inkişafında və modernistləşməsində sənət dünyası nümayəndələrinin rolu böyükdür. Ümumiyyətlə tarixin müxtəlif zamanlarında incəsənət xalqların formalaşmasında iştirak edərək özündə siyasi-sosial mühiti əks edir. Bu baxımdan Misirin XX əsrin I yarısının incəsənəti xüsusən həykəltəraşlığı özündə güclü şəkildə siyasi ab-havanı və əhalinin mövcud olduğu sosial mühiti əks etdirirdi. Heykəltəraşlar bir yandan azadlıq arzularını digər tərəfdən əhalinin müxtəlif sosial təbəqələrinə aid heykəllər yaradaraq zamanın siyasi proseslərinə təsir göstərməklə müstəqil vətən uğrunda gedən mübarizədə və mübarizədən sonrakı zamanda xalqın düşüncəsində milli ruhun formalaşmasında, yuxarıda da qeyd etdiyim kimi mübarizədə əhalinin bütün təbəqələri həm intellektual elita həm fəhlə və fellax (kəndli), həm din xadimləri, həm tələbələr hətta sultanın özü belə azadlıq ideyalarını dəstəkləyirdi. Maraqlı məqam mübarizənin gedişatında dinlər arasındakı dostluğun mövcudluğu idi. Müsəlman və xristian dinlərinin nümayəndələri bir amal uğrunda həmfikir olmuşdurlar. Bu prosesdə incəsənətin avropa təsirinin rolu da böyük idi. Nəhayət, 1922-ci ildə Britaniyanın razılığı ilə Misir müstəqil Krallıq elan edildi. Lakin bu müstəqillik də formal idi. Yalnız XX əsrin 50-ci illərində Misir “Azad zabitlər hərəkatı” adlanan hərbi birliyin səyi nəticəsində öz həqiqi azadlığını bərpa etdi.
Sultan Hüseynin vəfatından sonra oğlu taxta çıxmaqdan imtina etdiyi üçün sultan titulu Fuada qismət olur. Lakin taxta çıxdıqdan sonra da Fuad Britaniyaya qarşı mübarizəsini davam etdirir. 1918-ci ildə “Vəfd” siyasi partiyası formalaşır. İlk əvvəl partiyanın cəmi 7 üzvü olur. Partiyaya Saad  Zaqlul rəhbərlik edir. O, həmin dövürdə istiqlaliyyət mübarizəsinin veteranı hesab edilirdi. Çünki Saad Zaqlul həm də gəncliyində Osmanlı Xədivliyinə qarşı mübarizədə iştirak etmiş və dəfələrlə həbs olunmuşdur. Britaniyaya qarşı mübarizədə də siyasi xadim 1919-cı ildə həbs edilir. Bu hadisə Misirdə xalq kütləsinin bütün təbəqələrinin etiraz edərək küçələrdə aksiya keçirməsinə səbəb olur. “Vəfd” partiyası daha sonra öz mövcudluğunu Avropada davam etdirmək məcburiyyətində qalır. Bu zaman məşhur heykəltəraş Mahmud Muxtar Saad Zaqlulun bir neçə dəfə heykəlini düzəldir. Milli ruhun oyandığı zamanda Misir incəsənətində müasir istiqamətlər formalaşmağa başlayır. Təkcə heykəltəraşlar deyil, rəssamlar da Avropada təhsil aldıqdan sonra gördükləri yenilikləri, müasirliyi öz ölkələrinə də gətirirlər. Beləliklə, Misirin milli şüurunun inkişafında və modernistləşməsində sənət dünyası nümayəndələrinin rolu böyükdür. Ümumiyyətlə tarixin müxtəlif zamanlarında incəsənət xalqların formalaşmasında iştirak edərək özündə siyasi-sosial mühiti əks edir. Bu baxımdan Misirin XX əsrin I yarısının incəsənəti xüsusən həykəltəraşlığı özündə güclü şəkildə siyasi ab-havanı və əhalinin mövcud olduğu sosial mühiti əks etdirirdi. Heykəltəraşlar bir yandan azadlıq arzularını digər tərəfdən əhalinin müxtəlif sosial təbəqələrinə aid heykəllər yaradaraq zamanın siyasi proseslərinə təsir göstərməklə müstəqil vətən uğrunda gedən mübarizədə və mübarizədən sonrakı zamanda xalqın düşüncəsində milli ruhun formalaşmasında, yuxarıda da qeyd etdiyim kimi mübarizədə əhalinin bütün təbəqələri həm intellektual elita həm fəhlə və fellax (kəndli), həm din xadimləri, həm tələbələr hətta sultanın özü belə azadlıq ideyalarını dəstəkləyirdi. Maraqlı məqam mübarizənin gedişatında dinlər arasındakı dostluğun mövcudluğu idi. Müsəlman və xristian dinlərinin nümayəndələri bir amal uğrunda həmfikir olmuşdurlar. Bu prosesdə incəsənətin avropa təsirinin rolu da böyük idi. Nəhayət, 1922-ci ildə Britaniyanın razılığı ilə Misir müstəqil Krallıq elan edildi. Lakin bu müstəqillik də formal idi. Yalnız XX əsrin 50-ci illərində Misir “Azad zabitlər hərəkatı” adlanan hərbi birliyin səyi nəticəsində öz həqiqi azadlığını bərpa etdi. Ölkədə monarxiya ləğv edilərək Demokratik Respublika bərqərar oldu. Demokratik ölkənin yeni azad siyasi mühiti isə XX əsrin ikinci yarısının heykəltəraşlığında özünü daha qabarıq biruzə verir. Əgər əsrin ilk yarısı heykəltəraşların yaradıcılığında mövcud heykəllər özündə mübarizə əzmini əks edirirdisə, ikinci yarısındakı heykəllərdə azadlıq ab-havası duyulurdu. Beləliklə, bu qədər mürəkkəb siyasi mühitdə XX əsrin II yarısında Misir heykəltəraşları öz müstəqil fikirlərini əks etdirən sənət əsərləri yaratmışlar. Belə heykəltəraşlar arasında Mahmud Muxtar, Fərəq Mənsur, İbrahim Qabir, Əbdülqədərris, Əhməd Osman kimi qabaqcıl düşüncəyə sahib sənətkarlar var idi. Bu sadalanan heykəltəraşlar öz yaradıcılıqları ilə xalqın təşəkkül prosesində bilavasitə iştirak etmişdilər. Bu zaman ilk dəfə olaraq Misir heykəltəraşlığında alleqorik sənət əsərləri yaranmağa başlayır. “Misirin oyanışı”, “Nilin gəlini”, “ Xamsin”, “Sirləri qoruyan” və s. heykəltəraşlıq nümunələri bu qəbildən olan ən gözəl nümunələr hesab edilə bilər. Sözsüz ki, XX əsrin I yarısında yaşayıb yaratmış heykəltəraşların yaratmış olduqları sənət nümunələri sırasında sadə insanların xüsusən də kəndlilərin və qadınların obrazına yer ayrılmışdır. Lakin bu obrazlar yenə də müəyyən mənada özlüyündə təbliğedici xüsusiyyətlərə malik idilər.
Məsələn, “Fellaxanın yükü”, “Şirə satıcıları”, “Çoban”, “Gəzinti”, “Cahil misirlinin portreti” və s. heykəltəraşlıq nümunələri özündə mürəkkəb sosial məna kəsb edərək xüsusi dəyərə sahib əsərlərdir. Yuxarıda danışılan siyasi mühitin diktəsi ilə heykəltəraşların müasir Misirin həyatına baxışı tamamən dəyişir. Bu dəyişiklik sözsüz ki, bilavasitə yaradıcı fəaliyyətdə də yeni baxış bucaqlarına yeni azad ideyalara yelkən açır. Azadlıq və millət kimi özünüdərk misir heykəltəraşlığında qədim köklərə, yaradıcı ənənələrə qayıdışı labüd edir. Bəli, həqiqətən də XX əsrin I yarısının heykəltəraşları çoxəsirlik müstəmləkələrdən sonra nəhayət ki, etnik xalq ənənələrini dirçəltməyə nail ola bilirlər. Bu baxımdan da Müasir Misir heykəltəraşlarının yaradıcılığından danışarkən mütləq şəkildə siyasi mühitin vəziyyətinə diqqət edərək dəyərləndirməliyik. İslam dininin qəbulundan sonra ilk dəfə idi ki, məhz XX əsrin ilk yarısında qadınlar da siyasi-ictimai hadisələrin aktiv iştirakçılarına çevrilirlər. Bəlkə də çadra və türban altında gizlənən misirli qadınların meydanlarda göstərdikləri cəsarətdən ilham alaraq dövrün heykəltəraşlarının yaradıcılığında qadın obrazları çoxluq təşkil etməyə başlayır. Lakin bunu da qeyd etməliyik ki, bu dövrün heykəltəraşlarının yaratmış olduqları sənət əsərləri sırasında məişət qayğısı ilə məşğul obrazlar yox idi. Sözsüz ki, hər bir yaradıcı şəxsin fəaliyyətində onu maraqlandıran emossional baxımdan təsirli əsərlər də mövcud idi. “Analıq” mövzusuna həsr edilmiş heykəl nümunələri buna misal ola bilər. Belkə də bu mövzu ilə heykəltəraşlar ana Misirin övladı olan xalqına məhəbbətini təcəssüm etmişlər. İstənilən halda zamanın inqilabi dəyişiklikləri bu dövrdə yaşayıb yaratmış heykəltəraşların yaradıcılığında öz əksini sənət dilində tapmışdır.
Ardı var...
Sənətşünas Sədaqət Zaurqızı

 
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








