2011-ci il iyulun 12-də Heydər Əliyev Fondu və BMT-ninİnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində“Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi təşkiledilmişdir. Sərgidə Azərbaycanda fəaliyyət göstərən xaricidiplomatlar və iş adamlarının şəxsi kolleksiyalarından olan 90-dan çox rəngli və ağ-qara fotoşəkil təqdim edilmişdir. FotolardaAzərbaycanın zəngin mədəniyyəti, qədim memarlıq ənənələri vəson dövrdəki sosial-iqtisadi inkişaf əks olunmuşdur.
2012-ci il martın 10-da Azərbaycan Milli İncəsənətMuzeyində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Fransainciləri” adlı sərgi təşkil edilmişdir. Sərgidə Luvr və Orsemuzeylərində, Versal Sarayında, Pompidu Mərkəzində, Marsel, Lion, Nitsa və digər şəhərlərdəki muzeylərdən seçilmiş, intibahdövründən müasir yaradıcılıq mərhələsinə qədər Fransamədəniyyətini əks etdirən 400-dək nadir əsər təqdimolunmuşdur. Burada Edqar Deqa, Ogüst Roden, Anri Tuluz-Lotrek, Jan Batist Simeon Şarden, Ejen Delakura və OgüstRenuar kimi məşhur rəssamların əsərləri nümayiş etdirilmişdir. 2012-ci il mayın 17-də Müasir İncəsənət Muzeyində“Afrovision–Afrikadan müasir incəsənət” adlı sərgi təşkiledilmişdir. Ekspozisiyada Afrikanın 7 ölkəsindən olan 11 rəssamın 63 əsəri təqdim edilmişdir. Sərgidəki əsərlər müxtəlifmövzulara, o cümlədən əsl dəyərlər uğrunda mübarizəyə, dəbdünyasına, müxtəlif mərasimlərə və Afrika folkloruna həsrolunmuşdur. 2012-ci il sentyabrın 15-də məşhur “Christie’s” hərrac evi Heydər Əliyev Fondu və “Yarat!” Müasir İncəsənətMəkanı ilə birgə Azərbaycanda ilk sərgisini təşkil etmişdir. Sərgidə “Christies”in London, Nyu-York və Dubayda keçirilənpayız satışlarında iştirak üçün seçilmiş sənət əsərləri, əşyalar vəeksponatlar, həmçinin “Christies”in kolleksiyasına daxil olanXVIII əsrə aid Qarabağ xalçaları da nümayiş olunmuşdur. 2012-ci il oktyabrın 11-də Müasir İncəsənət Muzeyində HeydərƏliyev Fondu, Müasir İncəsənət Muzeyi və “Statoil” şirkətininbirgə layihəsi çərçivəsində “Statoil”un Azərbaycandakıfəaliyyətinin 20 illik yubileyinə həsr olunmuş “Üz-üzə” adlıportret sərgisi keçirilmişdir. Sərgidə 10 müxtəlif ölkəni təmsiledən 16 fotoqraf, heykəltəraş və rəssamın 63 əsəri nümayişolunmuşdur.
2013-cü il iyunun 22-də Heydər Əliyev Fondu və EndiVorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev MərkəzindəXX əsrin məşhur rəssamı Endi Vorholun “Həyat, ölüm vəgözəllik” mövzusunda sərgisi təşkil olunmuşdur. Sərgidərəssamın 100-dək əsəri və qısa filmləri nümayiş etdirilmişdir.
2014-cü ilin may-oktyabr aylarında Heydər ƏliyevMərkəzində məşhur fransız rəssamı və heykəltəraşı LorensCenkellin fərdi sərgisi təşkil edilmişdir. Müəllifin 27 əsərinintəqdim edildiyi sərgidə müxtəlif ölkələrin bayraqlarının konfetşəklində heykəlləri nümayiş olunmuşdur. 2014-cü il mayın 17-də Heydər Əliyev Mərkəzində fotoqraf və rejissor AdrianŞternin “Afrikanın Vəhşi Təbiəti” adlı sərgisi təşkil edilmişdir. Vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinədiqqəti çəkmək məqsədi daşıyan sərgidə müəllifin Afrikanınflora və faunasını əks etdirən 35 əsəri təqdim edilmişdir. 2014-cü il mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdəAzərbaycan cazibəsi” layihəsi çərçivəsində tanınmış italyanmodelyer Renato Balestranın Azərbaycan milli ornamentləriəsasında hazırladığı kolleksiya təqdim edilmişdir. Layihəninməqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan verməkvə eyni zamanda Şərq və Avropa mədəniyyətləri arasında vəhdətyaratmaq idi.
2016-cı ilin iyun-noyabr aylarında Heydər ƏliyevMərkəzində müasir dövrün tanınmış rəssamlarından biri olanCoze Kondonun fərdi sərgisi təşkil olunmuşdur. Sərgidərəssamın 70-dən çox əsəri, o cümlədən rəssamlıq vəheykəltəraşlıq nümunələri nümayiş etdirilmişdir. 2016-cı iloktyabrın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə HeydərƏliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraşXorxe Marinin “Varlığın canlanması” adlı sərgisi keçirilmişdir. Sərgi Şərqi Avropa regionunda ilk dəfə olaraq təşkilolunmuşdur. 2016-cı il dekabrın 27-də Heydər Əliyev Fondunundəstəyi ilə Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilmişdir. Sərgidə 16 ölkədən 60 rəssam və heykəltəraşın əl işi olan 230 kukla nümayişetdirilmişdir.
2017-ci il martın 17-də “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Heydər Əliyev Fondunun və MacarıstanınAzərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə macarrəssamı Ferents Ayzenhutun rəsm sərgisi və qala konsertikeçirilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində FerentsAyzenhutun Bakıda, Qafqazda çəkdiyi rəsmlərdən 26-sı “Azərbaycanda Macarıstan günləri” çərçivəsində Bakıda ilkdəfə nümayiş olunmuşdur. 2017-ci ilin oktyabrın 6-dan 2018-ci ilin aprel ayının 5-nə qədər Heydər Əliyev MərkəzindəAleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illəringeyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisi təşkil edilmişdir. Heydər Əliyev Fondunun dəstəyi iləkeçirilən bu sərgi Bakıda ilk dəfə olaraq nümayiş edilmişdir. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadirkolleksiyasından olan 100 geyim nümunəsi və 350 aksesuartəqdim olunmuşdur.
2018-ci ilin fevral-may aylarında Muxa Fondu iləəməkdaşlıq çərçivəsində Heydər Əliyev Mərkəzində “AlfonsMuxa: gözəllik axtarışında” adlı sərgi təşkil olunmuşdur. Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanınbədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda 80-dən çox əsəri– rəsmlər, fotolar, afişa və plakatlar təqdimedilmişdir. 2018-ci ilin aprel-oktyabr aylarında Heydər ƏliyevMərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin“Bəşəriyyət. Vizual səyahətə dəvət” adlı fərdi sərgisikeçirilmişdir. Müəllifin 60-dək fotosunun nümayiş olunduğu busərgidə Reza Deqatinin müxtəlif illərdə Azərbaycan, Çin, Əfqanıstan, Fransa, Misir, Türkiyə və digər ölkələrdə çəkdiyifotolar yer almışdır. Fotolar müxtəlif ölkələrdə ayrı-ayrımədəniyyətə, talelərə sahib olan insanların hekayələrini, onlarınhisslərini əks etdirmişdir. 2018-ci ilin iyun-dekabr aylarındaHeydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondununtəqdimatında “Moda məkanı” sərgisi təşkil olunmuşdur. Təbiətvə dəbin vəhdətinə həsr olunmuş sərginin ekspozisiyasındaXVIII-XXI əsrlərə aid 400-dək eksponat– geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa və zinət əşyaları nümayişolunmuşdur. 2018-ci il iyulun 19-da Heydər Əliyev Fondu, Florensiyanın Uffitsi Qaleriyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəni İrs, Mədəni Fəaliyyət və Turizm Nazirliyi vəİtaliyanın ölkəmizdəki Səfirliyinin dəstəyi ilə Heydər ƏliyevMərkəzində görkəmli elm xadimi, böyük sərkərdə və şair Şahİsmayıl Xətaiyə həsr edilmiş “Əbədiyyət xəzinəsi” adlı sərgitəşkil olunmuşdur. Sərginin ən çox maraq doğuran eksponatlarıFlorensiyanın Uffitsi Qaleriyasından ilk dəfə Azərbaycanagətirilən Kristofano DellꞌꞌAltissimonun müəllifi olduğu Şahİsmayıl və oğlu Şah Təhmasibin orjinal portretləri olmuşdur.
2019-cu ilin fevral-may aylarında Heydər ƏliyevMərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi təşkil olunmuşdur. Ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış avanqardkolleksiya nümayiş olunmuşdur. Ümumilikdə 60 əsərin yeraldığı ekspozisiya özündə 2016-cı və 2017-ci illərdə Moskvadanümayiş olunan "Zamanında. Birinci hissə" və "Zamanında. İkinci hissə" sərgilərinin eksponatlarını birləşdirmiş və rusavanqardının 1900-cü illərin əvvəllərində formalaşmasındanbaşlayaraq 1930-cu illərin əvvəllərində tənəzzülünə qədər olandövrü əhatə etmişdir. 2019-cu il mayın 22-də Heydər ƏliyevMərkəzində dünya şöhrətli rəssam Zurab Seretelinin “Mümkünölçülər” adlı sərgisi təşkil edilmişdir. Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəlnümayiş etdirilmişdir. 2019-cu il mayın 27-də Heydər ƏliyevMərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərqkolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgininaçılış mərasimi keçirilmişdir. Sərgidə 300-dək eksponat təqdimedilmişdir. Ekspozisiyada qədim Azərbaycan incəsənəti, məişətəşyaları, fotosənədlər, miniatürlər, keramika, metal məmulatları, tekstil və xalçalar, həmçinin Fətəli şah dövrünə aid dünyacaməşhur yağlı boya rəsmləri və Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş 6 əsəri nümayiş olunmuşdur. 2019-cu il sentyabrın 17-də Heydər Əliyev Mərkəzində dünyaxalqlarına məxsus “Musiqi alətləri: birlik və müxtəliflik” adlısərgi təşkil edilmişdir. Sərgidə Heydər Əliyev Fondununmüxtəlif mənbələrdən topladığı unikal kolleksiya təqdimedilmişdir. Ekspozisiyada XVIII-XX əsrlərə aid 31 ölkəyəməxsus 200-dək musiqi aləti nümayiş olunmuşdur. SərgidəAzərbaycan musiqi mədəniyyəti və tarixini əks etdirən 50-dək milli musiqi aləti nümayiş etdirilmişdir. 2019-cu il sentyabrın30-da Nəsimi–şeir, incəsənət və mənəviyyat Festivalıçərçivəsində sentyabrın 30-da “Qala” Dövlət Tarix-EtnoqrafiyaQoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi təşkiledilmişdir. Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əsərlərinümayiş etdirilmişdir. 2019-cu il oktyabrın 1-də Heydər ƏliyevMərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin“Yaddaşın əlifbası” adlı fərdi sərgisi təşkil edilmişdir. Ekspozisiyada müəllifin 20-dən çox əsəri nümayiş olunmuşdur.
2022-сi il iyunun 28-də Heydər Əliyev Fondu, FransaRespublikasının Azərbaycandakı səfirliyi və AzərbaycandaFransız İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanla Fransaarasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş sərgi təşkil edilmişdir. Sərgidədünyaşöhrətli fotoqraf Reza Deqatinin müxtəlif illərdəAzərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi poetik vəduyğulu fotoları nümayiş olunmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan busərgilər mədəniyyət-lərarası dialoqun inkişafına və müxtəlifmədəniyyətlərin bir-birini daha yaxşı anlamağa böyük töhfələrvermişdir. Hər bir sərgidə müxtəlif xalqların mədəniyyətləritəbliğ edilərək, qlobal səviyyədə birliyin və qarşılıqlı hörmətinvacibliyi vurğulanmışdır. Bu sərgilər yalnız mədəniyyətlərinnümayişi ilə məhdudlaşmır, həm də müxtəlif ölkələr və xalqlararasında dərin əlaqələrin qurulmasına şərait yaradır. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədətanıdılması və eyni zamanda dünya mədəni irsinin ölkəmizdətəbliği istiqamətində bu tədbirlər böyük əhəmiyyət kəsb edir.
İstifadə olunmuş mənbə
Heydər Əliyev Fondunun internet resurslarından və ADPU-nun Heydər Əliyev Mərkəzinin tabeliyindəki Heydər Əliyev Muzeyinin materiallarından istifadə olunub.
Aynurə Əsgərova
ADPU-nun Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin