Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “APA-Economics”in sorğusuna cavab olaraq deyilib. Bildirilib ki, yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən də ödəniş tələb olunmur: “Bunun üçün xüsusi parklanma talonları mövcuddur”. “Yeni Ardı
Noyabrın 25-26-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində II Üzüm və Şərab Festivalı keçiriləcək. ANmedia.az Agentliyə istinadən xəbər verir ki, tədbirin məqsədi yerli üzüm və şərab istehsalının təşviq edilməsi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzüm və şərab Ardı
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. ANmedia.az xəbər verir ki, Sərəncamla 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam Ardı
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. ANmedia.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Ardı
Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. "Report" xəbər verir ki, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər: Abasova Könül Əlisəfər qızı Abbasov Nazim İsa oğlu Abışov Vüqar İdris oğlu Ağayev Rüfət Ardı
Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. ANmedia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə Ardı
Milli Məclisin deputatı Ceyhun MəmmədovNoyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 3-cü ilə tamam olur. İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu Ardı
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Bu, tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təqdirəlayiq bir təşəbbüsdür. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ardı
Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir. ANmedia.az xəbər verir ki, bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə Ardı
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən ANmedia.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.