ANmedia.az xəbər verir ki, bu barədə kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı anlatmalıyıq. Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir.
“Xocalı: Şahidlər danışır” kitabı 11 dilə (Azərbaycan, rus, ingilis, türk alman, ispan, italyan, fransız ərəb, fin, holland dillərində) tərcümə olunaraq çap edilib. Kitabda Xocalıda o qanlı gecənin şahidlərinin xatirələri yer alıb.
Kitabın “Ön söz”ünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist Azadə Novruzovadır.
Qeyd edək ki, kitabı urdu dilinə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Amalya Paşayeva tərcümə edib.
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bu kitabı İsveç dilinə tərcümə etməklə bağlı fikirlərini müəlliflə bölüşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin