ANmedia.az saytı dünyada görüləcək on ən gözəl yeri oxuculara təqdim edir.
İnsanlıq tarixi boyu insanlar təbii gözəlliklərə maraqla yanaşıb və təbii gözəlliklərin olduğu bölgələrin ətrafına məskunlaşıblar. Dünyada əhali sayının artması ilə təbii gözəlliklər və əl dəyməmiş yerlərin əhəmiyyəti artıb. Şəhərləşmə və sıxlaşan əhali sayəsi ilə insanlar ən kiçik yaşıl sahəyə belə dəyər verərkən, möhtəşəm gözəlliklərə sahib yerlər səyahət sevərlər üçün səyahət planlarını formalaşdırır. Dünyanın gözəlliklərlə dolu yerləri həyatınızda bir dəfədə olsa görməli olduğunuz yerlərin siyahısında olmalıdır.
Dünyada Görülməsi Gərəkən 10 Möhtəşəm Yer
1. Visteria Tüneli, Kitakyushu, Yaponya
Yaponiyanın Kawachi Fuji Bağlarında yerləşən Visteria Tuneli dünyanın ən rəngli guşələrindən biridir. 20-dən çox rəngdə çiçək növü olan bu tuneldə mor və ağ rənglərin üstünlük təşkil etdiyi gözəl bir mənzərə var. Minlərlə ziyarətçinin gəldiyi bu bağın ən maraqlı küncü olan tuneldə çiçək qoxusu baş döndürücüdür.

İzlandiyanın təbii möcüzələrindən biri olan Blue Lagoon, buzlar ölkəsinin altının nə qədər isti olduğunu sübut edir. Geotermal qaynağın yer səthi ilə görüşdüyü nöqtədə yerləşən Blue Lagoon, üzəri tüstüləyən qaynar suları və buz kimi havası ilə insanı təəccübləndirir. Dəri xəstəliklərinə yaxşı təsir etdiyi deyilən suyun temperaturu orta hesabla 35-39 dərəcə arasında dəyişir.

Marsiliya şəhərindən 50 km məsafədə, Fransanın Provence bölgəsində yerləşən lavanda tarlaları, möhtəşəm qoxusu və başdan sona mor rəngin üstünlük təşkil etdiyi təpələri ilə bütün hisslərə toxunur. UNESCO Dünya Mirası Siyahısında yer alan bu bağları ziyarət etmək üçün ən yaxşı dövr iyul-avqust aylarıdır.

İzlandiyanın Skaftafell Milli Parkında yerləşən Kristal Mağarası (Crystal Cave), minlərlə illik buz yığıntılarının günəş işığı ilə müxtəlif rənglərə girdiyi dərinliklərdə bir quruluşdur. Hər il minlərlə insanın ziyarət etdiyi bu mağarada, reallıq hissindən uzaqlaşmaq mümkündür.

Çinin Yunnan şəhərində, Ailao Dağı ətəyində yerləşən çəltik tarlaları, terraslı quruluşları və fərqli rəngdəki görüntüləri ilə olduqca maraqlı bir quruluşa malikdir. Xüsusilə quş baxışı bucağından təsir edici olan bu bölgənin 2,500 illik bir tarixi vardır. UNESCO Siyahısında olan bu təpəyə baxmaq istəyən minlərlə insan hər il bu şəhərə gəlir.

Xorvatiyanın Bosniya-Hersek sərhədi yaxınlığında yerləşən 16 müxtəlif göldən və bu gölləri birləşdirən şəlalələrdən ibarət olan Plitvice Milli Parkı, gözə görünməyən, əl dəyməmiş meşələrlə əhatə olunub. UNESCO Siyahısında olan bu qorunan sahədə hər addımda təəccüblü bir təbii gözəlliklə qarşılaşmaq mümkündür.

Cənubi Amerikada 6,500 km uzunluğu ilə dünyanın ən böyük çaylarından biri olan Amazon, çox sayda endemik bitki və heyvan növü ilə yerli tayfaları da içində saxlayır. Şəhərləşmə təhdidi altındakı Amazon Çayı hövzəsində, balta girməmiş meşələrdə dünyadan uzaqlaşmaq olduqca asandır.

Himalayaların mərkəzində kiçik bir kənddə yerləşən Ki Monastırı, dəniz səviyyəsindən 4,000 metr yüksəkliyindədir. Monastıra çatmaq üçün çətin bir marşrut izləmək lazımdır. Toplu nəqliyyatın olmadığı, bəzən kəsintilər yaşanan yollardan keçərək görünə bilən bu monastır, səhralıq görünüşü ilə cənnətə bənzər bir təcrübə yaşadır.

Perunun cənub-qərbində bir çöl və çölün ortasında yerləşən təbii gölün ətrafında qurulmuş Huacachina Kəndi, möhtəşəm bir çöl təcrübəsi təklif edir. Bir çox əfsanə və hekayəyə mövzu olmuş bu qum təpələrində ATV ilə safari, jiplə tur kimi fəaliyyətlər keçirilir. Qum təpələrinin vizual cazibəsi insanı özünə heyran qoyur.

Dünyanın ən yüksək şəlaləsi olaraq bilinən Angel, Venesuelada yerləşir. Təxminən 950 metr hündürlükdən düşən Angel Şəlaləsi, ilin hər dövründə sisli bir görüntüyə sahibdir. Şəlalənin ən üst nöqtəsindən ən aşağıya qədər heç bir əngəllə qarşılaşmadan düşən sular, həm vizual, həm də eşitmə baxımından insanı təsirləndirir.

Vasif Şükür