ANmedia.az Report-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın təhsil naziri Sayasat Nurbek bildirib.
"İki ölkənin Təhsil nazirlikləri alimlərin elmi tədqiqatlar üçün əlavə maliyyə vəsaiti ala bilməsi üçün birgə qrant proqramlarının yaradılması mexanizmini işləyib hazırlayır", - nazir qeyd edib.
O vurğulayıb ki, aparıcı universitetlər Qarabağ Universitetinə mütəxəssislərin göndərilməsi təşəbbüsünə laqeyd qalmayıb. "Biz Qarabağ Universitetində ingilis dilində dərs deyəcək 10-15 ən yaxşı müəllim göndərəcəyik", - S.Nurbek qeyd edib.
O, həmçinin ümidvar olduğunu bildirib ki, azərbaycanlı tələbələr hökumət tərəfindən hər il dövlət təqaüdünün ayrıldığı Qazaxıstanda təhsil almağa maraq göstərəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin