
Bahar fəsli günəşlə yenidən görüşdüyümüz fəsil. Min bir növ çiçəyin, müxtəlif heyvanların yer üzünə yenidən salam dediyi o sehrli an. Sadəcə təbiətmi? Ürəklərimiz də bu fəsildə sevinc içində yaşarır və çiçəklənir. 7-dən 70-ə hər kəsin üzündə güllər açır. Günəş yer üzünə gülümsəyərkən içimizdə sonsuz ümidlər filizlənir.
Bahar fəsli, daxili aləmimizlə yanaşı, metabolizmamıza da təsir edir. Baharın gəlişi ilə soyuq hava yerini isti havaya buraxır. Havadakı rütubət nisbəti artmağa başlayır. Bədənlərimiz bu fəsil dəyişməsində məcburi olaraq bir uyğunlaşma prosesindən keçir. Qidalanma vərdişlərimiz mövsüm dəyişməsi ilə fərqlənir. Bu dəyişikliklər nəticəsində, bahar fəsilində bəzilərində yorğunluq, halsızlıq, yuxusuzluq hissi yaranarkən, bəzilərində başağrısı, istəksizlik, məyusluq və ya stres müşahidə olunur. Bu da insanın həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Bahar yorğunluğu adı altında yaşanan simptomlar adətən 15-30 gün davam edə bilər. Bu vəziyyətlə başa çıxmaq üçün ediləcəklərdən biri təbiətin qoynunda olmaq, bahar ayları ilə gələn o gözəl ətirli təmiz havanı ağciyərlərinizə doldurub stressdən uzaq qalmağa çalışmaqdır. Mütəxəssislər, qısa müddətli ediləcək detoksların da baharda insanı hər baxımdan rahatlaşdıracağını bildirirlər. Yalnız, internetdə satılan kommersiya məqsədli detoks dərmanlarından və ya lavman etdirilməkdən uzaq durulması lazım olduğunu söyləyirlər.
Bədənən və ruhən daha enerjili olmanıza kömək edəcək digər mühüm şey də sağlam qidalanmaqdır. Xüsusilə də qadınların hormon və metabolizmlarını təsir edən bahar yorğunluğundan qurtulmaları üçün sağlam qidalanmaları vacibdir. Bəs, bahar aylarında qidalanarkən nələrə diqqət etmək lazımdır?
Səhər Yeməyi Çox Önəmlidir
Bahar ayları başlayanda əksər insanlar səhər oyanmaqda çətinlik çəkirlər. Bu vəziyyətdən xilas olmaq və gün boyu enerjili qalmaq üçün hər şeydən əvvəl səhər yeməyinə diqqət yetirməyimiz vacibdir. Səhər yeməyi, qan şəkərini tənzimləyərək tox qalmağımıza kömək edən vacib bir öğündür. Mütəxəssislər, bahar aylarında səhər yeməyində bol yaşıllıq, pendir, pomidor, xiyar və hətta mövsüm meyvələri yeməyi tövsiyə edirlər.
Xəmirdən Hazırlanan Qidalardan Minimum İstifadə
Ləzzətli, amma bir o qədər də kalorisi yüksək olan xəmirdən hazırlanan qidalar, sağlam qidalanma baxımından təəssüf ki, faydalı deyil. Qızartmalar, xəmirdən hazırlanan yeməklər və şərbətli şirniyyatlar yeyəndə toxluq hissinə daha gec çatarsınız. Bunların həzm edilməsi çətindir və yeməkdən sonra ağır hiss edirsiniz. Nəticədə bahar yorğunluğunuz daha da artar. Həmçinin, bu cür qidalar kilo verməyinizi çətinləşdirir. Bahar fəsilində bu cür qidalardan uzaq durun.
Fit görünmək və enerjili qalmaq üçün tərəvəz və meyvə istehlakını unutmayın
Balanslı qidalanmaq üçün qaçılmaz olan əsas maddələrdən biri olan tərəvəz və meyvələr, eyni zamanda vitamin və mineral ehtiyacınızı qarşılayacaq. Kalori qəbulunu azaltmaq üçün tərəvəzləri yağda qızartmaq yerinə, zeytun yağı ilə bişirə bilərsiniz. Meyvələri istehlak edərkən isə qabığı ilə yeməyə diqqət edin. Təbii ki, hər şeyin ölçülü olması şərti ilə.
Şişkinliyə Diqqət Edin
Mövsüm dəyişikliklərində bədəndə şişkinlik ola bilər. Bunun qarşısını almaq üçün çay və qəhvə istehlakından qaçınmaq, papatya çayı, yaşıl çay, adaçayı kimi şişkinliyi azaldan bitki çaylarını içmək daha ağıllıca olar.
Aclıq hissini basdırmaq üçün nə etməliyik? Tutaq ki, yemək arası qarınınız acıxmağa başladı. Heç bir halda unlu və şekerli qidalara əl atmayın. Açlığınızı basdırmaq üçün xiyar, yerkökü, kahı kimi tərəvəzlərdən faydalana bilərsiniz. Həmçinin, miqdarını az tutaraq quru meyvələr də yeyə bilərsiniz (badam, fındıq, qoz və s.).
Su İçməyə Diqqət Edin
Suyun bədənə faydaları saymaqla bitməz. Kabızlığın qarşısını almaqdan, mövsüm dəyişməsində görülen şişkinliyin atılmasına, dərinin gözəlləşməsinə qədər müxtəlif faydası olan suyu gündə 2 litr qədər içməyə çalışın. Yeməkdən yarım saat əvvəl və yeməkdən sonra da yarım saat su içməyin.
Bəs Vitaminlər?
İşin mütəxəssisləri baharda bədənin A, B, C vitaminlərinə olan ehtiyacının artdığını bildirirlər. Bununla yanaşı, maqnezium və kalium da daxildir. Bu səbəbdən xüsusilə bu mövsümdə A vitamini ilə zəngin olan ağ pendir, yumurta sarısı, yağlı süd, balıq, kərə yağı kimi qidalar, B vitamini ilə zəngin olan tünd yarpaqlı tərəvəzlər, lobya, mərci kimi paxlalılar, banan, sitrus meyvələri istehlak edilməlidir. C vitamini təmin etmək üçün isə maydanoz, soğan, sitrus meyvələri və tərəvəzlər yeyilməlidir.
Şok Pəhrizlərdən Uzaq Durun
Baharın gəlişi ilə daha arıq görünmək istəyən xanımlar, elmi əsasları olmayan şok pəhrizlərdən uzaq durmalıdır. Qısa müddətdə çəki verməyi hədəfləyən bu cür pəhrizlər sizi sağlamlığınızdan edə bilər. Az kalorili və tək tərəfli qidalanma tərzini əhatə edən pəhrizlər də buna daxildir. Əsas olan sağlam və balanslı qidalanmaqdır. Əslində pəhriz sözü də tam olaraq sağlam qidalanmaq mənasını verir. Pəhriz insanın yaşına, çəkiyə, həyat tərzinə, bədən göstəricilərinə uyğun olmalıdır.
Aclıq Hissinə Diqqət Edin
Xüsusilə qarın bölgəniz yağlıdırsa və hipoglisemiyanız yoxdursa, tez-tez yemək yeməyin. Atıştırmalardan uzaq durun.
Sağlam Qidalanmağa Dəstək Olmaq üçün
Yeməklərinizi mütləq oturaraq yeyin. Ayaq üstə yeməkdən qaçının.
Porsiyonlarınızı kiçildin.
Axşam yeməklərinizi mümkün qədər erkən saatlarda yeyin.
Yeməməyiniz lazım olan, amma ürəyinizin istədiyi qidalar varsa, sadəcə dadına baxın və oradan uzaqlaşın.
İdman Edin; Bahar fəsilində havaların isinməsi ilə təbiətdə edilən qaçış və gəzinti, insanın oksigendən daha çox faydalanmasına kömək edir. Bu da bədənin müqavimətini və motivasiyanı artırır. Balanslı qidalanma ilə yanaşı, idman da sağlamlığımıza dəstək olunduğu kimi, çəki itirilməsini təmin edir. Bu səbəbdən baharla yenilənmək istəyirsinizsə, gündə 45-60 dəqiqəlik sürətli gəzintini vərdiş halına gətirin.
Yazar: Elif Ovar
Tərcümə: Vasif Şükür