Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir. ANmedia.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 78 km, torpaq yatağının eni Ardı
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli Ardı
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə ANmedia.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturunun ötən günlərlə müqayisədə Ardı
Bir millətin sahib olduğu ən önəmli şey vətənidir. Yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyidir Vətən. Vətən sərhəddən başlayır. Müharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsilə ötürülür, vətən sevdası beləcə müqəddəsləşir. Ardı
Böyük alimlərimizin hər anı qiymətlidir, dəyərlidir. Onların illər boyu əldə etdikləri biliklər, apardıqları tədqiqatlar və yazdıqları əsərlər nəinki bir dövrü, bəzən bütöv bir xalqın mədəni irsini yaşadır. Kübra xanım Əliyeva da ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş, yorulmadan araşdırmalar aparmış, yazmış və bu gün də yazmağa davam edən bir el insanıdır, Ardı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə 14 aprel 2025-ci il tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində tanınmış kamança ifaçısı, musiqiçi Toğrul Əsədullayevin “Kamançanın Sehri” adlı solo konserti baş tutacaq. ANmedia.az xəbər verir ki, bu möhtəşəm musiqi axşamında dinləyicilər kamançanın ecazkar və zəngin səs aləminə səyahət edəcək, Ardı
Son illərdə Azərbaycanda televiziya kanallarında sosial-məişət verilişlərinin artması cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi müzakirələrə səbəb olub. Bu tip proqramlar izləyicilər arasında kifayət qədər populyar olsa da, onların keyfiyyəti, ictimai əhəmiyyəti və cəmiyyətə təsiri daim tənqid olunur. Xüsusilə sosial şəbəkə platformalarında geniş yayılan Ardı
Böyükşor-Pirşağı avtomobil yolunun 1,3, 6,5 və 7,7-ci kilometrlik hissələrində yeni yerüstü piyada keçidlərinin tikintisi işləri həyata keçirilir. Bu barədə ANmedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata əsasən, yeni avtomobil yolunun 1,3-cü kilometrlik hissəsində inşa edilən yerüstü piyada keçinin uzunluğu 46,9 Ardı
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Bu barədə ANmedia.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər. Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.