Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq. ANmedia.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, görüş Brüsseldə baş tutacaq. Ardı
ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib. ANmedia.az xəbər verir kİ, bu barədə Departamentin məlumatında deyilir. Filip Riker bu vəzifədə Endryu Şoferi əvəz edəcək. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək, həmçinin Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı Ardı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib. ANmedia.az xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi. İkitərəfli əlaqələrə toxunan dövlətimizin Ardı
Azərbaycanla Qazaxıstan arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” imzalanıb. ANmedia.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdədir.Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Ardı
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinin dəstəklənməsi üzrə Xüsusi Komitənin sədri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. ANmedia.az Milli Ardı
Bu il yer alan quraqlıq Avropada su elektrik stansiyalar tərəfindən elektrik enerjisinin istehsalına ciddi təsir göstərib. ANmedia.az bildirir ki, bu barədə Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin hesabatında deyilir. "Yağışların kəskin defisiti bütün Avropa üzrə çay axınlarına təsir göstərib”, - hesabatda bildirilir. Hesabata əsasən, yağışların ciddi Ardı
Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək. ANmedia.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviter səhifəsində qeyd olunub. “Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu baş tutacaq”, - paylaşımda bildirilib. Ardı
"Bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoyub". ANmedia.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyev Zəngilan rayonunun Ağalı kəndində Baş Prokurorluğun təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” Ardı
Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksi Reznikov və infrastruktur naziri Oleksandr Kubrakov ilə telefon danışığı aparıb. AN media.az APA-nın İstanbul müxbirinin məlumatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, telefon danışığı Ukraynanın Müstəqillik Günü ilə əlaqəli olub. Ardı
Avqustun 24-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. ANmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.