
Bu müsahibə müstəqil araşdırmaçı jurnalist, yazıçı-publisist Aydın Tağıyevin müəllifi olduğu"Vətən" layihəsi çərçivəsində altıncı kitab üçünyazıya alınıb. Layihənin məqsədi canlarıbahasına tarix yazan şəhidlərimizin həyat vədöyüş yolunu işıqlandırmaq, onların xatirəsinəhəsr olunan müsahibələrdən ibarət kitablarınərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıdadünyaya göz açmışdır. 1999-2007-ci illərdəBinəqədi rayon H.Hüseynov adına 83 nömrəliməktəb-liseydə təhsil almışdır. Orta məktəbibitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbiliseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonraHeydər Əliyev adına Azərbaycan Ali HərbiMəktəbinə qəbul olunmuşdur. Hərbi məktəbimüvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinəbaşlamış, baş leytenant rütbəsi alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan CəmilNəcəfov 2016-cı ildə Aprel döyüşlərində öncəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindənErmənistan işğalı altında olan ərazilərin azadedilməsi üçün başlanan Vətən müharibəsindəiştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedəndöyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildəCəbrayıl döyüş tapşırığının yerinə yetirilməsizamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpaedilməsində xüsusi xidmətlərinə və işğal olunmuşərazilərin azad olunması zamanı düşmənin məhvedilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığınıyerinə yetirən zaman göstərdiyi qəhrəmanlıqnümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsiniyerinə yetirən zamanı igidliyin və mərdliyinnümayiş etdirilməsinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamınaəsasən Cəmil Nəcəfov "Qarabağ" ordeni ilə təltifedilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsiuğrunda döyüş əməliyyatlarına qatılan və hərbihissə qarşısında qoyulmuş tapşırıqların icrasızamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyiüçün Azərbaycan Prezidenti İlham Əliyevin15.12.2020-ci il tarixli Sərəncamına əsasən CəmilNəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfovölümündən sonra "Cəbrayılın azad olunmasıuğrunda" medalı ilə təltif edilib.
Torpaq şəhid qanı ilə müqəddəsləşər, qəhrəmanların xatirəsi ilə ucalar. Elə mən də bir qəhrəmanın ocağına gedirəm. Bu yola çıxarkən qəlbimdə həm hüzn, həm də dərin duyğular var. Amma bu adi bir yol deyil. Bu yolun hər addımı bir igidin izi, bir ömürlük fədakarlığın səssiz imzası var. Bəli, şəhid Cəmil Nəcəfovun evinə gedirəm. Elə bir ocağa gedirəm ki, orada Vətənə gözünü qırpmadan canını verən bir qəhrəmanın nəfəsi var.Onun yaşadığı ev təkcə bir ocaq deyil, bu evdə Cəmilin ruhunun işığı hiss olunur. Mən bu qəhrəman ailənin dərdinə, eyni zamanda da qüruruna şahid olmağa, onların ürəyindən gələn səsi dinləməyə gedirəm. Bu təkcə bir müsahibə deyil-tarixlə danışmaq, şəhidin ailəsində millətin müqəddəs əmanətinə baş əyməkdir. Gəldiyim bu yolda həm də sükut var. Bu sükutda min söz gizlidir: qürur, kədər, minnətdarlıq, dualar...
Səma ağır, torpaq sakit, külək isə elə bil şəhidin adını astaca pıçıldayırdı. Qapını döyəcəyim o ev isə müqəddəs ocağa çevrilib. Evə çatanda məni şəhidimizin əziz anası mətanət durşlu elə Mətanət ana qarşılayır. İçəri keçən kimi Cəmilin yatdığı otağın indi xalqımız üçün əbədi bir ziyarət yerinə çevrildiyini görürəm. Duyğulanmamaq əldə deyil. Yaş sel kimi gözdə axır. Divarda Cəmilin uşaqlıq şəkilləri, əsgər formasında çəkilmiş son fotoları, sinəsinə asılmış medalları, divardakı şəkildən boylanan təbəssümü...hər biri ürəyimi dağa döndərirdi. Elə bu, anlarda Mətanət ana ilə otağa keçib müsahibəyə başladıq.
Mətanət ana, Cəmilin həyat yolundan və onunla bağlı xatirələrindən danışır:
-Cəmil uşaq vaxtlarında həyətdə dostları ilə birlikdə avtomat oyuncaqları əllərinə alıb gizlənpaç oynayardılar. Bağça dövründə Binəqədi rayonunda yerləşən 166 saylı bağçaya gedirdi. O zaman bu bağça rus bölməsi üzrə fəaliyyət göstərirdi. Bağçada oxumasına baxmayaraq, Cəmil o yaşlarında belə torpaqlarımızın işğalda olmasını anlayırdı. Biz hər il həmin torpaqların işğal günlərini yad edərdik – istər anım günlərində, istər tədbirlərdə. Cəmilin də payına Xocalı faciəsinin xatirəsi düşmüşdü. 1992-ci ilin fevralın 25-də, faciədən bir gün əvvəl, bağçada bu münasibətlə tədbir keçirilirdi. Cəmil isə hazırladığı şeiri o qədər gözəl səslə və duyğuyla söyləmişdi ki, hamını heyran qoymuşdu. Bir dəfə onu bağçadan götürməyə gedəndə əlindən tutub çıxdıq. O vaxtlar “Bayatı-Şiraz” musiqisi avtobuslarda, sürücülərin maşınlarında, hətta binalardan da eşidilirdi. Binanın qarşısına çatanda Cəmil birdən dayandı və dedi: “Ana, bax, şəhidlərimizin səsidir”. Əvvəl nə dediyini başa düşmədim. Sonra anladım ki, o musiqinin yüksək notlarına keçid zamanı yaranan duyğunu Cəmil şəhidlərin səsi kimi hiss etmişdi. Mən o anın təsirindən irpəndim, amma heyrətləndim ki, bu qədər kiçik yaşda bir uşaq necə belə bir duyğuya sahib ola bilərdi. Onda onun cəmi 4 yaşı var idi.Cəmil daim deyirdi: “Ana, baxarsan, 1993-cü il uşaqları Qarabağı alacaq”. Evimizə qonaqlar gələndə də öz şeirlərini oxuyar, eyni fikri təkrar edərdi. Hələ də hamı xatırlayır: “Cəmil deyirdi ki, görərsiniz, 1993-cü ilin uşaqları Qarabağı azad edəcək – mən Qarabağı alacam.” Halbuki özü Qarabağın üzünü heç vaxt görməmişdi. Amma xəritədə Şuşanın, Cəbrayılın yerini əzbər bilirdi, məktəbdə bu haqda aydın şəkildə danışardı.
Mətanət ana Cəmilin təhsil yolu və Vətənpərvərlik ruhunun formalaşmasından bəhs edir:
- Müəllim nə deyirdisə, haradan sual verirdisə, Cəmil cavab verirdi. Məktəbdə hər kəsin hörmətini qazanmışdı.Həmin məktəbdə hələ də çalışan Xalidə və Sevda müəllimə Cəmildən ağızdolusu danışırlar. Deyirlər ki, nə tapşırardıq, canla-başla yerinə yetirərdi. Bir gün — ya 5-ci, ya da 6-cı sinifdə oxuyanda, mənə qayıtdı ki: Ana, mən kim olacam? Bu sualı 1-ci sinifdən bəri tez-tez verirdi. Ana kimi görürdüm ki, onun vətənpərvərliyi çoxböyükdür. 5-ci sinifdən 6-ya keçəndə dedim:Cəmil, mən səni hərbçi kimi görmək istəyirəm. Düzdür, çətin peşədir, amma şərəfli yoldur. Vətənini, torpağını qoruyacaqsan. Deyirdin axı, 1993-cü il uşaqları Qarabağı alacaq. O vaxt söz vermişdin, televizorda da reportaj gedirdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbə uşaqlar müəyyən ballarla qəbul olunurdu. Cəmil də dedi:“Ana, mən rus bölməsindəyəm. Mənə Azərbaycan bölməsindən müəllimlər tut: fizika, riyaziyyat, kimya fənlərindən” .Allah rəhmət eləsin, Mübariz müəllim var idi – Beynəlxalq Universitetdə dərs deyirdi. Onu şəxsən tanımırdım, amma yoldaşımla tanış oldu. Özü də hərbçi olmuşdu. Uşağı onunla tanış etdik ki, Cəmili hazırlaşdırsın.Elə mükəmməl bir ailə idi ki... Allah onlara rəhmət eləsin. Mübariz müəllimin özü fizika və riyaziyyatdan dərs deyirdi, həyat yoldaşı kimyadan, qızları isə Azərbaycan dilindən. Yəni bu ailə müəllimlik borcunu gözəl şəkildə yerinə yetirirdi. Uşaq ciddi şəkildə hazırlaşdı. Axırda müəllimə dedik: Potensialı necədir? Dedi: Narahat olmayın, bu uşaq yüksək balla qəbul olunacaq.
2007–2008-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi məktəbə sənədlərini verdik. O vaxtlar məktəbə qəbul balları 138, 142, 143 civarında idi. Cəmil 166.6 balla qəbul olundu. Hələ də o bal yadımdadır. Onun bir “uğurlu rəqəmi” var idi: 13. Biz müsəlmanlar adətən 13 rəqəmini uğursuz sayırıq, amma Cəmil üçün hər zaman uğurlu olmuşdu. Cəmşid Naxçıvanski məktəbində poqon nömrəsi “31/09”, yəni 3 rəqəmi ilə bitirdi — bu da ona təsadüfən düşmüşdü. Ali Hərbi Məktəbdə oxuduğu müddətdə ilk dövrlər çox çətin keçdi. Uyğunlaşmaq asan deyildi. Mən isə ana kimi onuürəyimə sıxıb yola saldım...
-Cəmil deyib ki, “Ana, Vətənin oğluyam, mənim bayramım Vətən torpaqlarının düşməndən azad olunacağı gündür”:
-Heç vaxt övladıma ad günü etməmişdim. İlk dəfə onun kiçik toyunda, yoldaşımın da ad gününə uyğun olaraq, 26 sentyabrda ad günü keçirdik.Cəmil mənə Cəmşid Naxçıvanski Hərbi Məktəbinə daxil olanda demişdi: “Ana, ad günü qızlara yaraşır. Mən ancaq torpaqlarımız azad olunanda ad günü keçirəcəyəm”. O qədər vətənpərvər idi. Cəmil elə uşaq idi ki, gəlib onu qucaqlamaq belə olmurdu. Deyirdi: “Ana, məni qız kimi böyütmə, mən kişiyəm”. Cəmşid Naxçıvanski Hərbi Məktəbinə yola salanda ona dedim: “Elə davran ki, hər kəs səninlə fəxr etsin”. Hərbi məktəbi bitirəndə artıq cəbhədə erməni təxribatları olurdu. Dedim: “Cəmil, qorxuram, səni evləndirmək istəyirəm.” Cavab verdi: “Yox ana, mən Ali Hərbi Məktəbə daxil olacağam”. O vaxt yaşı 17-18 idi. Cəmşid Naxçıvanski Hərbi Məktəbini bitirəndən sonra seçim oldu – fizika və kimyadan imtahan verdi, Ali Hərbi Məktəbə qəbul olundu. İkinci kursda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə seçməklə təhsilə davam etdi.
Cəmilin uşaq vaxtından hərbi məktəbə marağı var idi. Gəldi, dedi ki, “Ana, mən təyyarəçi olmaq, qırıcı sürmək istəyirəm”. Həzi Aslanov, Qafur Məmmədov — hamısı onun üçün qəhrəman idi. Tariximizə böyük maraq göstərirdi. Hətta jurnalist Çingiz Mustafayevin Xocalı faciəsi ilə bağlı çəkdiyi reportajı belə izləmişdi. Deyirdi ki, “ermənilərin xalqımıza nələr etdiklərini o filmlərdə açıq-aydın görmək olur". Filmdən o qədər təsirlənmişdi ki, deyirdi, “Ana, mən düz yerdəyəm. Mən burdan heç vaxt çıxan deyiləm, ölənəcən də burdayam”.Oxuduğu illərdə avtomatlarla da maraqlanırdı. Kalibr, PK (Petşaqa) kimi silahlar haqqında çox məlumatlı idi. İkinci kursda bir daha dedi ki, “Ana, mən təyyarəçilik istəyirəm”. O zaman onun poqon nömrəsi "31-13" idi. Deyirdi, “Bu təsadüfi deyil, ana. Mən Allahın seçilmiş bəndəsiyəm. Bax, 83 nömrəli məktəb-litseyində oxumuşam, 1993-cü ildə doğulmuşam. Bu rəqəmlər təsadüf deyil”.
Deyirdi, “ Ana, işğalda olan torpaqlarımızı yüz faiz geri alacağıq”:
“O yaşda heç maşın, ev, evlənmək, pul qazanmaq kimi arzuları yox idi. Çox gözütox bir oğul idi. Deyirdi, “Hərbi Hava qüvvələri tam başqa dünyadır”. Dedim, “Yaxşı, Cəmil, sən bilərsən.” Amma bir ana kimi içimdə narahatlıq var. Dedim: “Ay bala, mən səni yerdə tapa bilmirəm, göydə necə tapacağam?” Həmişə bir az ürəyimdə narahatlıq qalırdı. Təyinat vaxtı gəldi və Cəmil Murova — Kəlbəcər istiqamətinə göndərildi. İlk düşdüyü hərbi hissə Murovdağın ətəyində yerləşirdi. Elə gələn günü də ermənilər təxribat törətmişdilər- 2015-ci ildə. O zaman çiyninə iki ulduz almışdı. O vaxtlar Raquf Orucov, Pəncəli Teymurov kimi qəhrəmanlar döyüşürdülər. Mübariz İbrahimovun 2010-cu ildə etdiyi qəhrəmanlığı da heç vaxt unutmurdu. Bizim ana-oğul söhbətlərimizdə heç vaxt ev, qız, pul mövzuları olmayıb. Biz Mübariz İbrahimovun Cəbrayıl postuna necə keçdiyindən danışırdıq. Allahın işinə bax ki, illər sonra Cəmil Cəbrayıl istiqamətində döyüşəndə dedi: “Ana, mən də Mübarizin yolunu gedirəm”. 2015-ci ilin sonunda ermənilər təkrar təxribat törətdilər. Qış yaxınlaşırdı. Artıq 2016-ya gedirdi. Ondan bir neçə gün əvvəl gecənin üçündə zəng elədi. Hələ yatmamışdım.
– Ana?
– Hə, bala.
– Bir dənə dua elə də.
– Kimə?
– Bütün Silahlı Qüvvələrimizə.
– Eləyirəm, bala.
O vaxt bir yuxu gördüm. Müharibənin içindəyəm – silah, qumbara, güllə... Ayıldım. Otaqdan otağa keçdim. Dedim: “Nəcəf, uşaqdan xəbər yoxdur.” Nəcəf dedi, “bizimki arxa cəbhədədir”. Amma mən yuxuda görmüşdüm – döyüşdəydi.
Mətanət ana, Cəmilin təbiətə, Vətən torpaqlarına olan sevgisindən danışır:
-“Yaşamaq rayondadır” deyirdi. Kəlbəcərdə çobanlarla dostlaşmışdı, hər qarşılaşmada çobanla söhbətləşirdi. Çobanlar onlara təndir çörəyi bişirirdi. Deyirdi, "burda səsim batır, ora gedəndə açılır. Orada buz kimi su içirəm, boğazım tutulmur. Amma şəhərə gəlirəm, adi su içə bilmirəm. "Cəmil danışmağı çox xoşlamazdı. Xoşlamazdı ki, hərbidə baş verənləri gəlib evdə danışsın. Hər rayonun ləhcəsini elə mənimsəmişdi ki... Dedim, ay Cəmil, sən öz dilimizi unudursan? Dedi, mama, bizim bir dilimiz var – Azərbaycan dili. Amma bu ləhcələrə də qurban olum. Orada dağların ətəyində oturursan, pomidoru kəsirsən, pendirlə, çörəklə yeyirsən, şəlalə axır yanından... Elə gözəllik var ki, nəfəsin açılır.
Mətanət ana, Cəmilin əsgərlərinə olan böyük sevgisindən bəhs edir:
Novruz bayramı idi. Həmin vaxt paxlava bişirirdim, Cəmil də paxlavanı yığıb karopkalara yerləşdirirdi. Deyirdim:
— Ay bala, nəynirsən bu qədər?
Deyirdi:
— Orada mənim uşaqlarım var.
— Orada mənim o qədər uşaqlarım var ki!
Sonra bir dəfə evdə süfrəni axtarıram — yoxdu. Çay servislərim, “Romeo Culletta” qablarım, cehizlik zərli qaşıqların hamısı yoxdu. İki “mişokla”yığmışdı, taksi çağırıb, yüz manat verib göndərmişdi.
— Deyirdi “Ana, nə varsa yığıb gətirmişəm, burda uşaqlar üçün süfrə qurmuşam. Gələn baxıb soruşur: “Sən bunu hardan almısan?”. Deyirəm: “Anamın cehizidir.” Əsgərlərlə birlikdə süfrə açardı, yemək yeyərdilər. Kim bulaşdırırdısa, özü yuyurdu. Çaynikləri də su kənarında yuyub asırdı, quruyandan sonra gətirirdik. Sonra deyirdi , ana, “Servislərin axırına çıxıldı, sındı, dağıldı.Deyirdim: Təki uşaqların canı sağ olsun.
Mətanət ana, Cəmilin müharibə yolundan danışır:
-2018-ci ildə Cəmilin yerini dəyişdilər. Zəng etdi ki, “Ana, şəhərə gəlirəm”. Cəmil 2018–2019-cu illərdə Tovuz hadisələri zamanı evə gəlmişdi. Deyirdim: Müharibə olacaq, Cəmil. Ana, narahat olma, — deyirdi. Cəmil artıq Bakıda idi. Hər gün təlimə gedirdi. Təlimləri çoxaltmışdılar. Əvvəlcə, məsələn, həftədə 3-4 dəfə gedirdi, bu dəfə isə artıq gündəlik təlimlərə başlamışdı. Amma mən həmişə Cəmildən soruşurdum: Cəmil, niyə bu qədər tez-tez təlimə gedirsən? Müharibə olacaq?
Deyirdi: “Ana, nə müharibə e... Müharibə olmayacaq. Torpaqlarımız dinc yolla alınacaq”. 2020-ci ilin avqust ayında bir gün dedi: Ana, 4 günlük təlimdəyəm. Narahat olma. Yalnız o təlimdən sonra sentyabrın 26-sı evə gəldi. Sentyabrın 27-si səhər saat 4-ə qalmış komandiri zəng elədi. Bu ayağa qalxdı. Mən də o biri otaqda dik atıldım:
— Cəmil, nə olub?
— Ana, heç nə olmayıb. Təlimə çağırıblar. Yadımdan çıxıb sənə deməmişəm. Bu gün səhər təlimdə olmalıyam.
Əlimdə fincanda su var idi. Elə bil ürəyimə damdı nəsə. Cəmil tez geyindi. Bir fincan çay içdi, çıxdı.
Çıxanda mən onun dalınca su atanda qayıtdı:
— Ana, su atma da... Su tökülür yerə, formam batır.
Cəmil çox təmizkar idi...
Cəmilin Son Mesajları və Döyüşlərdəki İgidliyi–
Sentyabrın 27-si müharibə başladı. Cəmil zəngedəndə deyirdi: Ana, arxa cəbhədəyəm, narahat olmayın. Amma sonradan öyrəndik ki, artıqSuqovuşan-Madagiz istiqamətində döyüşlərə giriblər. Bəzən səs göndərirdi, ama onu da daha çox atasına göndərirdi ki, mən narahat olmayım. Bir dəfə təsadüfən səsini eşitdim — minamyot səsi gəlirdi. Soruşdum: Bu nə səs idi? Atası dedi:Yox, o səs bunkerləri açıb-bağlayanda çıxır.Amma mən hiss etmişdim. Oktyabrın 3-ü zəng elədi. Dedim: Səsin niyə belə çıxır bala? Ana, komandirəm, qışqırıram deyə boğazım batıb.Dedim: Çayına soda alarsan, qarqara eləyərsən...Elə bilirəm Qaradağdadır deyə danlayıram onu. Bu vaxt Cəmil güldü: Ana, evdə bayraq var? Var, bala. Asarsan eyvandan, bir də Türkiyə bayrağı alarsan, onu da as. Sonra şəklini çək, göndər mənə. Nəvələrim dedilər: Nənə, biz də gedək bayraq almağa. Birlikdə getdik, bayraqları aldıq. Öz əlimlə qapımızın ağzına astım. Cəmilə şəkil göndərdim. Dedim: Qaqaş, belə yaxşıdır? Dedi: Ana, superdi! Mən gələnə qədər bayraqları çıxartma. Oktyabrın 6–7-si ərəfəsində mən işdə idim. Tibb Universitetinin nəzdindəki Tədris Terapevtik Klinikada çalışıram. 11-12-ci mərtəbələrdə yaralı əsgərləri gətirirdilər. Beyin sarsıntısı alanları, partlayışdan zədələnənləri. Bir gün orda bir gənc — Ruhin adında bir oğlan — telefonunda mənə suriyalı snayperçi qızları göstərdi. Dedi: Xala, bunlar bizim əsgərləri vururlar. Amma hamısı tutulub. Mən ağlayırdım: Oğlumdan neçə gündür xəbərim yoxdu. Mən oğulsuzam...O dedi: Xala, əgər evə tabut gəlməyibsə, deməli oğlun sağdır. Oktyabrın 7-si Cəmil atası ilə danışdı. Dedi: Ata, dua elə əsgərlərimə heç nə olmasın. Mən analarına cavab verə bilmərəm... Cəmilin döyüşdən əvvəlki nitqi olub. Deyib:
— Məndən qabaq şəhid olmayın! Əgər olsanız, haqqımı halal etmərəm. Hər şey yaxşı olacaq! Qorxmayın! Ermənilər qorxaqdır, heç nə edə bilməyəcəklər! Dostları — Mail, Elçin, Fəxrəddin — deyir ki, Cəmil tapşırıq istədi. Komandirə özü deyib: Tapşırığı mənə ver. Tapşırıq zamanı Daşveysəlli kəndini alıblar. Səngərdə idilər. Mən zəng eləyəndə deyib: Sakit olun, anam zəng edir!Elə vaxt idi ki, ətrafda güllələr yağırdı. Mən hiss etdim... Amma yoldaşım dedi: Yox, onlar arxa cəbhədədir... O günlərdə Cəbrayılda 3 gün mühasirədə qalıblar. Cəmil və 3 nəfər dostu erməni mövqelərinə giriblər, düşməni dağıdıblar. Sonra başa düşüblər ki, irəlidə heç kim yoxdur. Snayperlə vurulan çox olub. Mühasirəyə düşüblər. Füzuli tərəfdə minalanmış əraziləri bir-bir kəşfiyyat kimi yoxlayıb.
Dostları deyir:
— Cəmil özü gələ bilərdi. Amma o qalmaq istədi. Ayağından, çiynindən yaralanmışdı. Antidotları özü vurub. Deyib: “Mən dözərəm, uşaqlar çıxsın”. Çiynindəki qayışla ayağını bağlayıb, deyib: — “Narahat olmayın, mənim anam tibb bacısıdır”.
Anası, Mətanət xanım, Cəmilin şəhid olduğu həmin günü belə xatırlayır:
Həmin gün içimdə qəribə bir sıxıntı vardı. Sanki ürəyimə dammışdı… Səhər tezdən oyanmışdım, adətən olduğundan daha tez. Dualar oxuyurdum, Cəmilim üçün, bütün əsgərlərimiz üçün. Gözüm telefonda idi, bəlkə bir xəbər gələr… Amma o gün telefon susdu. Saatlar keçdikcə içimdəki narahatlıq daha da artırdı. Axşamüstü qapı döyüldü. Ürəyim yerindən qopdu sanki. Qapını açanda zabit dayanmışdı. Heç nə demədən anladım… Ayaqlarımın altından yer qaçdı, dizlərimə qədər əyildim. “Cəmil şəhid olub”, dedilər…Cəmil mənim tək oğlum idi. Balaca yaşlarından vətəni sevir, hərbi geyimlərə maraq göstərirdi. “Ana, bir gün mən də vətən üçün döyüşəcəm” deyirdi. O, tək mənim deyil, bu xalqın oğludu. Mən onu vətənə əmanət etmişdim, o da əmanəti şərəflə qorudu. Bu acı böyükdür, amma bir o qədər də qürurluyam. Mən Cəmil kimi oğul böyütmüşəm. O, tək mənim yox, bütün Azərbaycanın övladıdır. Mən indi şəhid anasıyam – bu həm ağırdır, həm də ən yüksək şərəf.”
-Vətəninə sonsuz məhəbbətlə bağlı olan Cəmil Nəcəfov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan vaxtda ən qaynar nöqtələrdə döyüşmüşdü. Tabeçiliyində olan hərbiçilərə “Məndən qabaq şəhid olmayın!” deyərək Cəbrayıl rayonunun bir neçə kəndlərini işğaldan azad ediblər. Füzuli rayonu istiqamətində gedən ən ağır döyüşlərdə də şücaət göstərib.Vətən müharibəsində qələbənin qazanılmasında müstəsna xidmətləri olmuş Cəmil Nəcəfov şəxsi fədakarlıq, peşəkarlıq və misilsiz qəhrəmanlıq nümunəsi göstərib. Şuşada dalağalanacaq Üçrəngli Bayrağımızı görməyə tələsən Azərbaycan Silahlı Qüvvələrinin şərəfli zabiti, baş leytenant Cəmil Nəcəfov 2020-ci il oktyabırın 10-da Cəbrayıl rayonunun Daş Veysəlli kəndindəki “Üçtəpə” zirvəsi ətrafında gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Cəmil Nəcəfov Binəqədi kənd qəbiristanlığında dəfn edilib.
Müsahibəni tamamlayıb, evdən ayrıldığım an, elə bil ki, qəlbimdə ağır bir səssizlik çökdü. Cəmil Nəcəfovun anası Mətanət xanım, illərin ağrısını içində daşıyan bir ana kimi danışdıqca, təkcə bir oğulun yox, bir millətin də qəhrəmanlığından bəhs edirdi. Hər cümləsində oğlunun qoxusu vardı.Sözlərindən çox baxışları danışırdı-dözüm, fəxarət və bitib-tükənməyən həsrətlə.Qapıdan çıxanda arxaya çevrilib baxdım. O ev-sadə, sakit amma şəhidin ruhu ilə dolu bir məkandı. Divarlarda Cəmilin şəklivardı, amma onun yoxluğu hər yerdə hiss olunurdu.Vətən uğrunda canını vermiş bir igidin anasını dinləmək həm şərəf, həm də mənəvi məsuliyyət idi. Cəmilin həyat və döyüş yolu isə gəncliyə bir nümunədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Fəridə Ağazadə
Jurnalist




















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin