
ANmedia.az xəbər verir ki, Forumda rəsmi qonaqların çıxışları, interaktiv debat, bir-birindən maraqlı təqdimatlar və çıxışlar, musiqili qonaqların çıxışları (ifalar və rəqs), əyləncəli intellektual bilik yarışı, fəal iştirakçılara xüsusi hədiyyələrin (Fəxri Diplom, Təşəkkürnamə, Döş nişanı və s) təltif edilməsi, sonda İştirakçıların sertifikatla təltif ediləcəklər.
Forumun spikerlərimiz və mövzuları:
Rima Əyyubova (Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi)
Mövzu: "Ana dilimizi inkişaf etdirməyin yolları"
Günel Şəmilzadə (Pedaqoq, yazar, tədqiqatçı jurnalist, İMZA İB-nin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktor müavini, Vətən layihəsinin koordinatoru, Əsrin Aydınları jurnalının məsul redaktoru, Sumqayıt Dövlət Universitetinin müəllimi)
Mövzu: "Rəqəmsal dövrdə ana dili, mövcud vəziyyət və inkişaf perspektivləri"
Zaur Cahangirov ("ÜTÜ QRUP"-un rəhbəri, natiqlik təlimçisi) və Dürdanə Rəhimzadə (Filologiya üzrə fəlsəfə doktoru, dosent, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Humanitar və ictimai elmlər şöbəsinin müdiri)
Mövzu: "Dilim-dilim olmayasan, dilim".
Fərqanə Mehmanqızı (Psixoloq, "İntellect academiyası uşaq inkişaf mərkəzi" təsisçı və rəhbəri)
Mövzu: "Ana dilinin insanın faydalı şəxsiyyət olaraq yetişməsində önəmi"
Əlaqə: 055 545 05 02 (WhatsApp)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin