
5 Mart “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “CANLI ÖLÜ OLMA” devizi altında narkomaniya qarşı mübarizə mövzusunda maarifləndirici seminar keçiriləcək.
ANmedia.az xəbər verir ki, tədbirin təşkilati dəstəyi Bakı şəhər Gənclər və İdman İdarəsi, Milli Olimpiya Komitəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyası,Azərbaycan Real Aykido Klubu, GFHC Fitnes Akademiya, Roof-Fitness Mərkəzidir. Təşkilatçı Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliydir.
Seminarın informasiya dəstəyi İctimai TV, İdman TV, Əsrin Aydınları, AN Media, Redaktor.az və Şərq qəzetidir.
Seminarda iştirak edəcək təlimçilər:
Dr.Elnur Şıxəliyev - Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin, INBA/PNBA Qlobal Avrasiya və lNBA/PNBA Qlobal Azərbaycan, WBPF Azərbaycan birliyinin prezidenti, GFHC Fitnes Akademiyanın direktoru, pro atlet (IFBB/PNBA), beynəlxalq dərəcəli idman ustası, ABŞ akkreditasiyalı məşqçi, qidalanma və qida əlavələri üzrə mütəxəssis
beynəlxalq dərəcəli hakim
Heyran İbrahim - Klinik Psixoloq, təlimçi, Asılılığın psixoterapiyasinda 12 addim proqramı üzrə mütəxəssis
Aydın Tağıyev - Əsrin Aydınları jurnalının təsisçisi, yazıçı, publisist, təlimçi, konsultant, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin fəxri üzvü
Afaq Əziz - Həkim-psixiatr, ABŞ, Böyük Britaniya, Danimarka və Almaniyada təşkil olunan (psixoterapiya) beynəlxalq kursların və seminarların iştirakçısı
Elşad Sadiqi - yaşam təlimçisi, məşqçi və hakim
Fariz Abdullayev - Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, beynəlxalq dərəcəli 5-ci Dan qara kəmər ustası
Tağı Abbaszadə - kimyəvi asılılığ üzrə mütəxəssis
Tədbirin mövzusu “Sağlam gələcək naminə narkomaniyaya “Yox” deyək” adlanır.
Keçirilmə yeri və ünvan:
Röyal Otel, Konfrans zalı, ll Ə.Rəcəbli 12
02 mart 2025-ci il, saat 15:00.
Qeyd edək ki, giriş sərbəstdir.
Əlaqə: +99450201 7474, +99477571 6645
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin