Mayın 2-də Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimov və klubun üzvləri ilə görüşüb. ANmedia.az-ın məlumatına görə, görüşdə bildirilib ki, 5 may 2024-cü il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti dəfə keçiriləcək Bakı Marafonunda klubun iki nəfər xarici vətəndaş olmaqla 21 Ardı
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü günün qalibləri mükafatlandırılıb. ANmedia.az "Report"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına istinadən bildirir ki, medalları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Ardı
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. ANmedia.az xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa, saytın “Tez-tez soruşulan suallar” bölməsində Ardı
Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Berkaber kəndi minalardan təmizlənib. ANmedia.az “Aysor”a istinadən xəbər verir ki, bunu Berkaber kənd icmasının başçısı Tiqran Arutyunyan bildirib. Onun sözlərinə görə, hazırda ərazidə delimitasiya və demarkasiya üzrə işlər görülmür. Ardı
Növbəti köç karvanı Laçın şəhərinə çatıb. ANmedia.az “Report”a istinadən xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə isə 2 ailə - 4 nəfər köçürülür. Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarındakı 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Ardı
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb. ANmedia.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın şahmatçıların şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyevaya qızıl medal və kubok təqdim olunub. Qalib şahmatçının şərəfinə Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasimdə həmçinin Ardı
Dövlət İmtahan Mərkəzi mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanların bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlaması barədə qərar qəbul edib. Bu barədə ANmedia.az-a mərkəzdən məlumat verilib. Qeyd olunub ki, Ardı
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib. Mərkəzdən ANmedia.az-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. Məlumat Ardı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. ANmedia.az "Report"un məlumatına istinadən bildirir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, sabiq ombudsman E.Süleymanova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb. Ardı
İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində insan qalıqları aşkarlanıb. ANmedia.az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.